Home / SAĞLAMLIQ  / Ağ saçlar…məcburi görkəm

Ağ saçlar…məcburi görkəm

Saçların ağarması kişilərin tez və ya gec rastlaşdığı bir haldır. Bu halı səbirsizlik ilə gözləyələrin sayı az, bu haldan qaçanların sayı isə olduqca çoxdur. Bir çox kişilər nələr etməzdirlər ki, saçlarının ağarma prosesi ləngisin. Tibb

saç ağarması

Saçların ağarması kişilərin tez və ya gec rastlaşdığı bir haldır. Bu halı səbirsizlik ilə gözləyələrin sayı az, bu haldan qaçanların sayı isə olduqca çoxdur. Bir çox kişilər nələr etməzdirlər ki, saçlarının ağarma prosesi ləngisin. Tibb bu məsələlərlə məşğul olur və ümidvarıq ki, bir gün bu prosesi ümumiyyətlə dayandıracaq eliksir icad olunacaq.

Hər şeyi təbii proseslərin üzərinə atmayın. Qeyd olunur ki, normal saç ağarma prosesi kişilərdə 35-40 yaşlarından başlayaraq getməlidir. Yox əgər siz 20-35 yaş aralığındasızsa, bunun səbəblərini araşdırmaq və niyə belə tez bir zamanda saçlarınızın ağardığı barədə düşünməlisiniz.

Yaşdan asılı olmayaraq saçların ağarması melanositlərin azlığı və saç korteksində çoxlu xırda hava boşluqlarının yaranması ilə ortaya çıxan bir haldır. Bu hava boşluqları saçlarda ağ rəngi daha da gurlaşdırır. Zamanla meloninin miqdarı azalır və tədricən yox olur.

Ağ saçları qopartmaq qətiyyən olmaz. Hər səfərində qopardılmış ağ saçın yerində bir neçəsi əmələ gəlir. Bu ondan irəli gəlir ki, siz saçı qopardan zaman saç kökündəki follikula mayə ifraz edir ki, bu da digər saçları da yoluxdurur. Əgər siz ağ saçdan qurtulmaq istəyirsinizsə, onu dibindən qayçı ilə kəsmək olar.

Saçların ağarmasında yaş amili böyük rol oynayır. Tez saç ağarmanın isə onlarca səbəbi ola bilər. Onların arasında spirtli içkilərin daimi qəbulu və kofe, tərəvəz və balıqdan az istifadə, vitamin çatışmamazlığı, xroniki yorğunluq, gün işığında daimi olmaq. Həmçini sinir pozğunluqları, daimi nervoz və sinirlərin gərginliyi saçların ağarmasına səbəb ola bilər. İrsi saç ağarmalarına da rast gəlinir ki, bu zaman saçlarınız 20 yaşdan da öncə ağara bilər.

Ciddi və uzunmüddətli xəstəliklər də saçların ağarmasına gətirib çıxarda bilər. Mütəxəssislər qeyd edirlər ki, yetkin dövründə xroniki virus xəstəliyi keçirən kişilərdə saçlar tez ağarır. Autoimmun xəstəliklər (pernisioz anemiya, albinizm, qalxanvari vəzilərin xəstəliyi, müxtəlif sindromlar), bir sıra dəri xəstəlikləri (herpes və sair), hormonal pozuntular, böyrək xəstəlikləri, hipovitaminozlar (B12 vitamini Birmer xəstəliyi zamanı) melanositlərin azalmasına səbəb ola bilər ki, bu da saçların ərkən yaşlarda ağarmasına səbəb ola bilər.

Xloroxin, rezoxin, hidroxin və sair dərman preparatlarının istifadəsi zamanı diqqətli olmaq lazımdır ki, bunlar saçların birinci düşmənidir. Bir sıra xəstəliklər zamanı, məsələn miqren zamanı müvəqqəti saç ağarmalarına rast gəlmək olar. Bəzən saçların rəngi bir sıra xəstəliklərdən: seboroy, orqanizmdə mis çatışmamazlığı, qalxanvari vəzilərin pozuntusu zamanı dəyişə bilər. Bunlara baxmayaraq, müasir tibb mütəxəssisləri sizə saçlarınızın nədən ağardığını tam dəqiq deyə bilərlər.

Saç ağarması problemini aradan qaldırmaq üçün müxtəlif kosmetik vasitələrdən, dərman preparatlarından, xalq təbabətindən və sairdən istifadə edirlər. Ən çox yayılan kosmetik vasitələrdən biri saç boyasıdır, lakin kişilər bundan istifadə etməyə heç də həvəsli deyillər.

Xalq təbabətində cəfəri kötüyünü dəmləyib 1-3 xörək qaşığı gündə bir dəfə gəbul etmək lazımdır. Ağ saçların müalicəsi və profilaktikası üçün ərik, albalı, armud, soğan kələmdən rasionuzda çoxlu istifadə edin.

Dərman preparatları kimi orqanizmin tonusunu artıran vitamin (A, C, E, nikotin turşusu, riboflavin, foleva turşusu, B qrup vitaminləri), metionin məsləhətdir. Mualicə kursu ildə iki dəfə təkrarlanır. Xüsusi hallarda paraaminobenzon və foleva turşularının çoxlu gəbulu saçlarınızı ilkin rənginə döndərə bilərlər. Lakin saçları ilkin rənginə döndərmək olduqca çətindir. Yaxşı olar ki, ağarma yayılmamışdan öncə profilaktik müalicələr aparılsın, düzgün qidalanma və əsəb sakitçiliyinizə diqqət yetirəsiniz.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın