Home / İDMAN  / Məşq zamanı düzgün nəfəs almaq

Məşq zamanı düzgün nəfəs almaq

Nəfəs təbii və orqanizm üçün ən vacib bir proseslərdən biridir. Biz nəfəs alırıq və bu haqda demək olar ki, düşünmürük. Amma nəfəsin qarşısı alınanda həyat yavaşlayır. Buna baxmayaraq bir çox insanlar yalnız yuxu zamanı düzgün

düzgün nəfəs

Nəfəs təbii və orqanizm üçün ən vacib bir proseslərdən biridir. Biz nəfəs alırıq və bu haqda demək olar ki, düşünmürük. Amma nəfəsin qarşısı alınanda həyat yavaşlayır. Buna baxmayaraq bir çox insanlar yalnız yuxu zamanı düzgün nəfəs alırlar. Yuxu zamanı nəfəs şuuraltı idarə olunur.

Oyaq zaman isə nəfəs prosesi pozulur və bu müxtəlif nasazlıqlara gətirib çıxardır. Ürək xəstəlikləri yarana bilər və beyin hüceyrələrinin fəaliyyətinə zərbə vura bilər. Əgər siz düzgün nəfəs almağı öyrənsəz sağlam olacaqsız və daha uzunömürlü olmaq fürsətiniz olacaq. Məşq zamanı düzgün nəfəs almaq isə effektivliyi artıracaq, bu zaman əzələlər yaxşı bərpa olunacaq və siz az yorularaq istədiyiniz nəticəni tez əldə edəcəksiniz.

Məşq zamanı düzgün nəfəs almaq sizin hansı məşqi etməyinizdən asılıdır.

Elastiklik məşqləri. Bu məşqlər zamanı nəfəs almaq sinə əzələlərinin genişlənməsinə səbəb olur, nəfəsi buraxmaq isə darlaşmasına. Önə əyilmək məşqləri zamanı nəfəsi bədənin düz dayanmış halında almaq lazımdır və artıq önə əyilmiş və əllər yerə dəyən zaman nəfəsi buraxmaq lazımdır.

Güc məşqləri. Bu zaman nəfəsi əzələlərin gərgin sakit vaxtında alıb, artıq əzələyə güc düşən zaman nəfəsi buraxmaq lazımdır. Unutmayın ki, məşqlər zamanı nəfəsi saxlamaq olmaz, çalışın rahat nəfəs alasınız. Əgər məşq zamanı nəfəsinizi dayandırdğıvızı görürsünüzsə, deməli bu çəkilər sizin üçün böyükdür və məşq yükünü azaltmalısınız.

Siklik xarakterli məşqlər. Yürüş, qaçış, velosiped, üzgüçülük zamanı insan orqanizminin oksigenə təlabatı artır və düzgün nəfəs almaq olduqca vacibdir. Qaçış zamanı nəfəs tezliyi qaçış ritmi ilə uyğun olmalıdır. Xaotik, aralarla nəfəs almaq qaçış ritmini və ciyərlərdə oksigen dövranını pozur. Misal üçün sakit qaçış zamanı hər nəfəs alıb buraxmaq 3-4 addımı müşahidə etməlidir. Daha sürətli qaçış zamanı isə 1-2 addımdan sonra artıq nəfəs alınıb verilməlidir. Üzgüçülük zamanı isə nəfəs almaq hansı növ üzgüçülüklə məşğul olmağınızdan asılıdır.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın