Home / SAĞLAMLIQ  / Qrip və soyuqdəymənin müalicəsi

Qrip və soyuqdəymənin müalicəsi

Qripin və soyuqdəymənin müalicəsi müasir həyatın ən böyük problemlərindən birinə çevrilmimşdir. Bu xəstəlik virus infeksiyası ilə müşahidə olunur və müxtəlif ağırlıq dərəcəsi ilə keçir. Bu xəstəlikdən bütün insanlar, kiçikdən tutmuş yaşlılara qədər əziyyət çəkirlər. Bu yazı

soyuqdəymə

Qripin və soyuqdəymənin müalicəsi müasir həyatın ən böyük problemlərindən birinə çevrilmimşdir. Bu xəstəlik virus infeksiyası ilə müşahidə olunur və müxtəlif ağırlıq dərəcəsi ilə keçir. Bu xəstəlikdən bütün insanlar, kiçikdən tutmuş yaşlılara qədər əziyyət çəkirlər.

Bu yazı sizə soyuqdəymə və qripi tez dəf etməyə kömək olacaq.
İlk olaraq ən cüzi soyuqdəymədə belə yataq rejiminə kemək mütləqdir. Orqanizminiz virusla mübarizə aparmaq üçün daim istirahətdə olmalıdır. Bunu öz xoşunuz ilə etməsəniz xəstəlik sizi özü yatağa atacaq. Bu isə istənilməz haldır. Beləki, vaxtında xəstəliyə müdaxilə olunmasa, sadə soyuqdəymə xroniki bronxitə, otitə, sinusitə, rinitə, qaymoritə, pnevmoniyaya, urək və boyrək soyuqdəymələrinə, meninqitə belə çevrilə bilər.

Burnuvu daim təmiz saxla. Yatağıvın yanında çoxlu kağız dəsmallar qoymaq yadından çıxmasın. Nəfəsin yüngülləşdirilməsi üçün burun damcılarından istifadə et, bu zaman nəfəsinizin bərpa olunması ilə bərabər, bu damcıların müalicəvi xüsusiyyətləri də öz müsbət təsirini göstərəcəkdir.

Boğazı sağaltmaq lazımdır. Qarğaralar mütləqdir. Bunun üün təbii otlar və apteklərdə xüsusi preparatlar mövcuddur. Həmçinin qarğaradan sonra xüsusi boğaz spreylərindən istifadə edin və sovurma dərmaları da unutmayın.

İnqalyasiya. Bu vasitə bir başa virusların yerləşdiyi nəfəs borularına təsir edir. Buxar şəklində daha tez yayılan müalicəvi vasitələr daha tez də xəstəliyə təsir edir. İnqalyasiyanı xüsusi inqalyatorlar vasitəsi ilə və ev şəraitində (qaynar su və müalicəvi otlar) həyata keçirmək olar.

İsti hamam. Əgər soyuqdəymən qızdırmasız müşahidə olunursa, isti duş qəbul etməyin faydası var. Duş qəbulu zamanı burun keidləri yumuşalır və orqanizm rahatlaşır. Soyuqdəymə zamanı ayaqlarınızı qaynar suda da saxlaya bilərsiz.

Çoxlu için. Bəllidir ki, qızdırma yaxşı tərləyən zaman daha tez düşür. Çoxlu mayə qəbulu da buna səbəb ola bilir. Mayə qismində qaymar olmayan lakin isti ot çayları, kompotlar, müxtəlif müalicəvi içkilər və sadə su çıxış edə bilər. Bədən temperaturasına yaxın temperaturalı mayə daha tez təsir edəcəkdir.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın