Home / İDMAN  / Sinə əzələrini dəmirsiz inkişaf etdiririk

Sinə əzələrini dəmirsiz inkişaf etdiririk

Trenajor zalına getməyə vaxt yoxdu? Ziyanı yoxdu, istək olan yerdə adi ev belə yetərlidir. Bu məqalədə sinə əzələlərinin inkişafını dəmirsiz reallaşdırmaq yolları ilə tanış olacaqsan. Hər kimsə düşünürsə ki, sinə əzələlərini yalnız qantel və digər dəmirlər

fitnesTrenajor zalına getməyə vaxt yoxdu? Ziyanı yoxdu, istək olan yerdə adi ev belə yetərlidir. Bu məqalədə sinə əzələlərinin inkişafını dəmirsiz reallaşdırmaq yolları ilə tanış olacaqsan.

Hər kimsə düşünürsə ki, sinə əzələlərini yalnız qantel və digər dəmirlər vasitəsi ilə inkişaf etdirmək olar, yanılırlar. Əsas istəkdir. Praktika göstərir ki, istənilən nəticəni dəmirin köməyi olmadan əldə etmək olur. Necə? Oxuyun!

Faza I
Standart jim
Tənbəlliyi bir qırağa atıb, yerdən jim eləməyə başla. Əllərin çiyin səviyyəsində olmasına diqqət yetir. 10-15 dəfədən sonra 1-2 dəqiqəlik özüvə istirahət ver, bacardığın qədər jimə davam et. Günaşırı standart jim etsən artıq 2 həftənin sonunda nəticəsini görəcəksən. Lakin bu hələ başlanğıcdır.
fitness_1

Alternativ jim
Standart jim etdikdən sonra sağ əlivi sol ələ yaxınlaşdır və sol əlinin sol çiyin səviyyəsində olmasını gözlə və hərəkəti et. Yenə standart jim elə və bu səfər sol əlivi sağ ələ yaxınlaşdır, yenə sağ əlin sağ çiyin səviyyəsində olmasını gözlə və jim elə. Bu hərəkət asan olmasa da yüksək nəticə əldə etməyə kömək olur.
fitness_2

Əllər mərkəzdə jim
Əllər baş barmaqlar bir-birinə toxunacaq qədər yaxın qoyulmalıdır. 10-15 hərəkət et və təkrarlar arasında 1-2 dəqiqə istirahət et. Çiyin əzələlərinin inkişafı sinə əzələlərinin inkişafı ilə birgə getməlidir.
fit_3

Faza II
Dayaqla jim
İki həftənin yekununda ilk fazanın nəticləri artıq bəllidir, sinə yağları ilə bərabər artıq sinə əzələləri də yaranmışdır. Artıq yeni məşqlərə başlamaq lazımdır. Kiçik hündür bir əşyaya ehtiyacın var. Jim vəziyyətini al və bir əlini hündür dayağa qoy. Bu vəziyyətdə hər bil əl üçün 4 dəfə təkrarlamaqla 15 hərəkət etməlisən, istirahət isə 1-2 dəqiqədən artıq olmamalıdır.
fit_4

Əllərin dəyişdirilməsi
Sol əlivi dayağa qoy. Bədənini sağ əlivinin tam düz şəklə gələcəyi qədər qaldır. Və əlivi dəyişərək jim elə.Bu hərəkəti 4 təkrarlama ilə 15 dəfə etməlisən.
fit_5

Dayaq üzərində əllər mərkəzdə

Dayağı mərkəzdə saxlamaqla əllər mərkəzdə hərəkətini yerinə yetirin. Bu hərəkəti 4 təkrarlama ilə 15 dəfə edin. İkinci faza məşqləri sizin 5 həftənizi alacaq, lakin yekunda daha güclü və səliqəli görkəmə malik olan sinə əzələsinə sahib olacaqsınız.
fit_6
Dəyişik jim
Beləki, artıq 5-6-cı həftələrdə yeni bir jim hərəkətinə keçmək lazımdır. Əllər mərkəzdə dayaq üzərində jimdən sonra, standart jimə keçid və əksi hərəkətini edin.
fitness_7
İki faza məşqlərin nəticəsində sizin sinə əzələləriniz istədiyiniz görkəmi almış və daha da möhkəmlənmişdirlər. Lakin bu o demək deyil ki, siz bununla kifayətlənməlisiniz, məşqlərə periodik olaraq dönməkdə fayda var.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın