Home / QİDA  / Subaylıq sultanlıqdı, amma yemək də lazımdır

Subaylıq sultanlıqdı, amma yemək də lazımdır

Subaylıq - bütün günü gəzmək, qızlar, iş, ev. Lakin subay insan da qidalanmağı bacarmalıdır. Üstəlik subay kişi tək yaşadıqda, yemək bişirməyə enerji, vaxt, güc sərf eləməyə tənbəllik edir. Məhz belə subaylar üçün aşağıdakı reseptləri veririk. Kirpi

kirpi sosiska

Subaylıq – bütün günü gəzmək, qızlar, iş, ev. Lakin subay insan da qidalanmağı bacarmalıdır. Üstəlik subay kişi tək yaşadıqda, yemək bişirməyə enerji, vaxt, güc sərf eləməyə tənbəllik edir. Məhz belə subaylar üçün aşağıdakı reseptləri veririk.

Kirpi Sosiska. Bu yeməyin resepti olduqca sadədir, amma görünüşü həmişə təəcüb yaradır. Həm də doydurucudur. Nə lazımdır: 1 kq spaqetti, istənilən sayda sosiska, duz.

Nə edirik: sosiskaları yarı və ya 4 sm-lik dairələrə bölürük və sonra spaqettiləri sosiskanın dairəsi dolana qədər ondan keçiririk. Bütün sosiskalar hazır olduqdan sonra “kirpiləri” duzlanmış qaynayan suya atırıq. 15 dəqiqə qaynadıqdan sonra yeməyimiz hazırdı.

Mal ciyəri smetanda. Bir saat zəhmətin əvəzində mükəmməl bir dada malik ola bilərsiz. Nə lazımdır: 1 kq mal ciyəri, bir baş soğan, 300 qr 15-20%-lik xama, 2 diş sarmısaq, göyərti, göy soğan, zeytun yağı, duz və istiot.

Nə edirik: Ciyəri yuyuruq və kvadrat şəklində doğruyuruq. Soğanı təmizləyib halqa şəklində doğruyuruq, göyərtini də xırda doğruyuruq. Soğanı yağda qızardırıq, ciyərləri əlavə edirik. Vam odda 20 dəqiqə bişiririk. Sonra qarışdırıb yenidən 15 dəqiqə gözləyirik ki, ciyər su buraxsın. Bundan sonra smetanı, göyləri, göy soğanı və əzilmiş sarmısağı əlavə edirik. Biraz duz-istiot. Bunların hamısını qarışdırıb 10 dəqiqə vam odda bişiririk. Bu yeməyi tək yemək kimi, düyü və makarona əlavə kimi də istifadə etmək olar.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın