Home / XƏBƏRLƏR  / ABŞda günə 200 million sms gözdən keçirilirdi

ABŞda günə 200 million sms gözdən keçirilirdi

ABŞ Milli Təhlükəsizlik Agentliyi (MTA) gündə dünya üzrə 200 million sms tuturlarmış. Bunu The Guardian qəzeti sabiq MTA əməkdaşı Edvard Snoudenin verdiyi sənədlərə istinadən iddia edib. SMS-lərin incəldilməsi nəticəsində abonent, kredit kartlarının nömrələri barəsində məlumatların

USA

ABŞ Milli Təhlükəsizlik Agentliyi (MTA) gündə dünya üzrə 200 million sms tuturlarmış. Bunu The Guardian qəzeti sabiq MTA əməkdaşı Edvard Snoudenin verdiyi sənədlərə istinadən iddia edib. SMS-lərin incəldilməsi nəticəsində abonent, kredit kartlarının nömrələri barəsində məlumatların yığıldığı aşkarlanıb. Konkret məqsəd müşahidə edilmir.

SMS-lərin yığılması üçün Dishfire proqramından istifadə olunurdu. Bu proqram abonetlrərin informasiya qurğularından məlumat toplaya bilir. Agentlik bununla da insanların hərəkətini, yerdəyişməsini, turizm planlarını və pul köçürmələrini izləyə bilirlər. Agentlik şübhəli şəxslərlə bərabər, sadə insanları da izləyirdi.

Xüsusi radioqurğular vasitəsi ilə kompüterləri idarə edib onlardan informasiya yığımına nail olurdular. 100 mindən artıq kompüter bu proseslərə cəlb olunmuşdur. Bir çox hallarda kompüterə qurğular MTA agentləri və ya istehsalçılar tərəfindən quraşdırılmışdır.

2013-cü ilin yayında Edvard Snouden pressaya verdiyi məlumata görə, siyasi qalmaqala səbəb olmuş və bir çox siyasətçilər Snoudeni dövlət sirrinin yayımlamasında ittiham etdilər.

Artıq Barak Obama bu proqramın yenidən baxılmasına təklif vermiş, xüsusən də xarici vətəndaşların telefon danışıqlarına qulaq asılmasını proqramdan çıxardılmasını istəyib.

TAGLAR:

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın