Home / İDMAN  / Düzgün qamət və məşqlər

Düzgün qamət və məşqlər

Məhz düzgün qamətiniz sizin arzuladığınız "sport görkəminizi" sizə bəxş edəcək. Bu məqalədə sizə düzgün və tez bir zamanda düzgün qamətə sahib olmaq yollarını açıqlayacıq. Qamətin vacibliyi. Siz heç zaman düşünməmisiz ki, məhz qamət "sport görünüşün" əsasıdır?

qamət

Məhz düzgün qamətiniz sizin arzuladığınız “sport görkəminizi” sizə bəxş edəcək. Bu məqalədə sizə düzgün və tez bir zamanda düzgün qamətə sahib olmaq yollarını açıqlayacıq.

Qamətin vacibliyi. Siz heç zaman düşünməmisiz ki, məhz qamət “sport görünüşün” əsasıdır? Çox zaman kişilər əzələ yığırlar, lakin unudurlar ki, düzgün qamətli az əzələli insan daha sport görünüşə malikdir.

Sinə əzələlərini daim gücləndirməklə, çiyin qabağa doğru gəlir, bununla da kürəyiniz darlaşır. Həmçinin günün bir çox saatını masa arxasında keçirdiyimizdən, qamətimiz də pozulur.

Qaməti düzəldən əzələlər. Kürəyini məşq edərkən, çoxları daha ağır çəkilərlə işləyirlər. Onlar kürək əzələlərindən çiyinə, qol və tors əzələlərinə keçirlər. Amma unutmaq lazım deyil ki, ilk öncə sizlər kürək əzələlərini hiss etməlisiniz sonradan çəkinizi artırmalısınız.

Düzgün qamət nədir? Qamətinizi hiss etmək üçün düz durun, çoxlu hava udub, sinənizi önə çəkərək, qarın əzlələrinizi gərgin saxlayın. İlk öncə belə duruş sizə qəribə gəlsə də, çalışın məhz düzgün qamətlə məşq edəsiz. Məşqlər arası fasilədə güzgünün önünə keçərək, daim qamətinizi düzəldin.

Qaməti necə məşq etdirmək lazımdır. Kürək əzələlərini möhkəmləndirən bütün məşqlər (oturaq vəziyyət ağır çəki qaldırma, ştanqanın qarın sahəsinə qaldırma, dartınma və s.) qamətinizin düzgün olmasına kömək edəcək. Yəni ilk əvvəllər sizə qəribə gələn duruş sonradan adiləşəcək. Qamətinizi düzəldəcək ən yaxşı məşq növü: qamətinizi düz saxlayaraq, yüngül çəkili qantellər və yaxud ştanqa ilə gəzmək və yaxud da qaçmaqdır.

Qamət adi həyatda. Küçədə gəzərkən qamətinizi çalışın həmişə düz saxlayasınız, buna diqqət yetirin və əməl edin. Masa arxasında oturarkən isə çalışın kürəyiniz oturacağın beli ilə təmasda olmasın. Unutmayın ki, qamət trenajor zalında yox, məhz adi həyatda məşq edilməlidir.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın