Home / QİDA  / Sitrusların xeyiri: portağal, limon, qreypfrut, mandarin və laym

Sitrusların xeyiri: portağal, limon, qreypfrut, mandarin və laym

Qışın gəlişi ilə sitrus mövsümünə start verilir. Bu fürsətdən istifadə etməmək ağılsızlıq olardı. Sitrus meyvələrindən maksimum xeyiri götürmək lazımdır. Sitrusların ən qiymətli komponenti vitamin C-dir. Vitamin C immuniteti yaxşılaşdırmaqla yanaşı sizi ətraf mühitdəki xəstəliklərdən qoruyur və

sitrusQışın gəlişi ilə sitrus mövsümünə start verilir. Bu fürsətdən istifadə etməmək ağılsızlıq olardı. Sitrus meyvələrindən maksimum xeyiri götürmək lazımdır.

Sitrusların ən qiymətli komponenti vitamin C-dir. Vitamin C immuniteti yaxşılaşdırmaqla yanaşı sizi ətraf mühitdəki xəstəliklərdən qoruyur və yaşlanmanı ləngidir. Həmçinin sitruslar vitamin B ilə də zəngindirlər ki, bu da yuxusuzluğa, dəri və saç problemlərinə qarşı vasitədir. Vitamin B ürək-damar fəaliyyətinə də müsbət təsir göstərir. Sitruslar fitonsidlərlə də zəngindirlər ki, mikroskopik göbələklərin və bakteriyaların inkişafının qarşısını alırlar. Beləliklə:

Limon. Qədim zamanlardan belə insanlar limonu soyuqdəymə və qrip zamanı istifadə edirlər. Limon bu şöhrəti nəinki Vitamin C tərkibi ilə qazanmışdır, həmçinin bu vitaminin orqanizmə tez həzm olmasını təmin edən sitrin ilə də məşhurdur limon. Şəkər diabetinin profilaktikası üçün limon çox vacib bir meyvədir. Beləki, limon həzmi yaxşılaşdırır, maddələr mübadiləsini gücləndirir. Limonun ətri isə stressə, yorğunluğa qarşı əla vasitədir.

Portağal. Sitrus meyvələri içərisində ən vitaminlisi məhz portağaldır. Vitamin C-nin miqdarına görə limondan geri qalmayan portağal, zəngin vitamin B ehtiyatları ilə də öndədir. Portağal qabığının rəngi vitamin A-nın olduğundan xəbər verir. Vitamin A göz və dəri üçün olduqca önəmlidir. Həzm sisteminə xeyri olan pektin də portağalın tərkibində vardır, təbii şəkərin isə beyin fəaliyyətinə müsbət təsiri danılmazdır.

Mandarin. Mandarini digər sitrus meyvələri ilə müqayisə etsək görərik ki, vitamin zənginliyinə görə mandarin geri qalır. Lakin mandarinin də öz xeyri var. Mandarin C vitamini və A provitami tərkibində cəmləyir. Mandarin mədə-bağırsaq pozğunluqları zamanı və iştahsızlığa kömək edir. Bronxit zamanı həkimlər gündə bir stəkan mandarin şirəsini içməyi məsləhət görürlər. Mandarin şirəsinin tərkibi nəfəs yolların təmizlənməsinə kömək olur.

Qreypfrut. Qreypfrutun fanatları çəkilərinə diqqət yetirən insanlardır. Beləki, yeməkdən sonra bu sitrusun bir neçə dilimini yemişsinizsə, yediyiniz kaloriyaların demək olar ki, yarısını artıq yandırmış olursuz. Buna görə də dietoloqlar kökəlməyə meyilli insanlara daima qreypfrutdan istifadəni məsləhət bilirlər. Bu sitrus vitamin C, vitamin PP və vitamin D ilə zəngindir. Bununla yanaşı qreypfrut mərkəzi sinir sistemini tarazlaşdırır, virus xəstəliklərindən sonra gümrahlandırır, cərrahiyə əməliyyatından və fiziki yorğunluğundan sonra orqanizmi bərpa edir.

Laym. Laym dünyada ətri, turş və acı dadı ilə məşhurdur. Bu xüsusiyyətləri onu Meksika, Vyetnam, Tayland, İran kimi ölklərin mətbəxində əvəzolunmaz edib. Laym vitamin C, dəmir və kalsiy ilə zəngindir. Boğaz, mədə-bağırsaq ağrılarına qarşı effektivdir, sakitləşdirir, stressdən çıxarda bilir.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın