Home / İDMAN  / Bodibildinqdə əsas məşqlər

Bodibildinqdə əsas məşqlər

Hər bir bodibilder trenajor zallarından maksimum almaq istəyirlər. Lakin bir çox bodibilderlər nəyə güc verib, istənilən nəticəni əldə etmək üçün hansı xüsusi məşqləri yerinə yetirmək lazım olduğunu bilmir. Bir çoxları stantard proqramlara riayət edirlər ki, bu

Darian Alvarez

Hər bir bodibilder trenajor zallarından maksimum almaq istəyirlər. Lakin bir çox bodibilderlər nəyə güc verib, istənilən nəticəni əldə etmək üçün hansı xüsusi məşqləri yerinə yetirmək lazım olduğunu bilmir.

Bir çoxları stantard proqramlara riayət edirlər ki, bu proqramların kim tərəfindən yazıldığı belə məlum deyil. Əsas insan qarşısında məqsəd qoyulsun və bu məqsədə uyğun məşqləri dəqiqləşdirsin. Bir çox proqramlar individual olub, hər kəsə uyğun olmaya bilər. Biz hərkəsə uyğun gələ bilən məşqləri sizə təqdim edirik:

1.Çömbəlmək. Bu bodibildinqdə baza məşqlərdən biridir. Çömbəlmək ayaq əzələlərini məşq etdirməklə bərabər bodibilderi gücləndirir. Çömbəlmək – ümumi gücü artırır, əzələ hərəkətliyini və tarazlığı yaxşılaşdırır. Lakin asan görünsə də, çömbəlmək olduqca çıtin məşqdir. Mütləq texnikaya riayət etmək lazımdır. Əks halda zədə ala bilərsiz.

2. Pres. Pres məşqləri güclü torsun yaranmasına səbəbdir. Bununla yanaşı güclü qarın presi sizlərə digər məşqlərdə kömək olacaq.

3.Bədənə ağırlıq. Bu məşqi sevməslər də o, eyni zamanda bir çox əzələləri hərəkətə gətirir. Bu məşq zamanı ayaqlarınızı, kürəyinizi, presi məşq etdirirsiz, ümumi gücünüzü və tarazlığınızı artırırsız. Bu məşq yüksək nəticə almaq istəyənlərə mütləqdir.

4. Dartınma. Bodibilderlər bilirlər ki, dartınma Arnold Şvartsneqqerin ən sevimli məşqi olub. Əgər bodibilder güclü və görkəmli kürəyə malik olmaq istəyirsə dartınma bir nömrəli məşqi olmalıdır. Əgər ilk günlərdə az dartınırsızsa həvəsdən düşməyin, zaman keçdikcə dartınma saylarınız artacaqdır.

5. Uzanmış vəziyyətdə jim. Bu bodibilderlərin istinasız baza məşqidir. Proqramınızdan asılı olmayaraq bu məşq mütləqdir.

Proqram qurulduqdan sonra ona riayət etmək və nəticə əldə etmək üçün səbirli olmaq lazımdır. Nəticə birdən birə gəlmir, yaxşıca tərləmək lazımdır.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın