Home / SAĞLAMLIQ  / Kişi sağlamlığında mif və reallıqlar

Kişi sağlamlığında mif və reallıqlar

Cinsi orqanın hansı ölçüsü normal hesab olunur? Doğrudur ki, 40 yaşdan sonra prostat xəstəliyinə tutulmaq imkanları artır? Kişi sağlamlığında sizi narahat edən əsas suallara burda cavab tapacaqsınız. Əksər kişilər ağrılarına fikir verməməyə üstünlük verirlər. Sağlamlıqlarında yaranan

David Jacob

Cinsi orqanın hansı ölçüsü normal hesab olunur? Doğrudur ki, 40 yaşdan sonra prostat xəstəliyinə tutulmaq imkanları artır? Kişi sağlamlığında sizi narahat edən əsas suallara burda cavab tapacaqsınız.

Əksər kişilər ağrılarına fikir verməməyə üstünlük verirlər. Sağlamlıqlarında yaranan hər hansı bir nasazlığı sonunadək gizlətməyə çalışırlar. Lakin bu o demək deyil ki, kişilər sağlamlıqları barəsində narahat deyillər. Təbiət kişiləri müstəqil olmağa çağırdığından, onlar ətrafdakılardan yardım almayaraq problemlərini həll etməyə çalışırlar. Hər zamam ətrafdakılarına sağlamlığı barədə şikayət edən “mız-mıza” kişilər heç bir zaman digərlərinin, xüsusən də qadınların gözündə əsl kişi görsənmirlər.

Kişi klimaksı. Bu ən çox yayılan kişi xəstəlikləri haqqında bir mifdir. Bu günə qədər hələ heç bir alim kişi klimaksının olduğunu isbat edə bilməmişdir. Andropauza qadınların menopauzası ilə əlaqəli olmayıb və kişi seksuallığının yalnız qanda olan testosteron hormonundan asılı deyildir. Yaşlaşdıqca kişilər ürək-damar sisiteminin fəaliyyətindən, ətraf mühit şəraitindən, hava şəraitindən və bir çox amillərdən asılı olaraq cinsi həyatın sönməsindən narahat olurlar. Həyat tərzini də unutmaq olmaz. Həyatının yarısını içkiyə həsr etmiş, siqareti əksik olmayan və idmandan uzaq olan kişilər, cinsi fəallıqlarını ərkən itiririlər və burada “klimaks” heç bir rol oynamır.

Kişilərin ürəyinə yol mədədən keçir. Yaxşı bişirmək qabiliyyəti olan qadınlar hər bir kişinin ürəyinə yol taparlar deyirlər. Amma bu həqiqətən də belədir ya yox? Aparılan sorğular bu mifə son qoymuşdur. Əslində kişilər daha çox səmimi, sakit, qayğıkeş, nur saçan qadınlardan xoşlanırlar və belələrini arzulayırlar, kulinar qabiliyyətləri isə bunlardan sonra gəlir.

Qədim zamanlardan “kişi çox yeyər” prinsipi nəsildən nəsilə keçib. Əgər kişi az yeyərsə onun hər hansı bir xəstəliyə düçar olduğu və yaxud zəif olduğu deyilir. Əlbəttə kişilər qadına nisbətən gün ərzində daha çox enerji sərf etdiklərinə görə daha çox yeməlidirlər. Lakin yaşamaq üçün yemək lazımdır, əksi yox. Çox yeməyə meyilli olan kişilərin qarın və bud hissələri zaman keçdikcə piylənəcək və bu da potensiyaya güclü mənfi təsir göstərir.

Prostat və onunla bağlı miflər. Prostatı sağaldan dərmanların reklamına fikir versək, hər bir kişinin 40 yaşdan sonra bu xəstəliyə tutulacağını düşünərik. Prostat potensiyanı azaldır və buraxılsa xərçəngə belə çevrilər bilir!

Reallıqda isə bu belə deyil. Potensiya ilə olan problemlər əksər hallarda psixoloji olub və prostatın burda heç bir günahı yoxdur. Prostatdan yarana biləcək xərçəng isə sadəcə sübutu olmayan bir mifdir. Müasir dünyada prostat çox asan müalicə olunur, xüsusən də ilkin mərhələlərdə aşkarlanıbsa. Lakin xəstəlik buraxılmışdırsa belə müasir tibb bunu sağalda bilir.

Kişi cinsiyyətinin ölçüsü. Kişilər və qadınlar arasında ən çox yayılmış söhbətlər məhz bu orqanın ölçüsü barəsindədir. Əksər hallarda kişilər pornoya baxdıqdan sonra və yaxud kimin isə cinsi həyatından (əksər vaxtlar şişirdilmiş) danışıldıqdan sonra kompleks yaşayırlar. Beləki, kişilər bu kompleks ucbatından hamam yığıncaqlarından qaçır, ictimai tualetlərdə isə yalnız kabinlərdən istifadə edirlər. Reallıqda isə kişinin cinsi orqanı adi bir vəziyyətdə onun ölçüsü barəsində fikir yürütməyə səbəb deyildir. Əksər hallarda ilk baxışdan böyük görsənən orqan ehtiraslı olan zaman olduqca az boyuyən olur, daha kiçik orqanlar isə iki dəfəyə qədər uzana bilirlər. Ereksiya zamanı orqan 7-26 sm arası uzunluqda ola bilir, orta göstərici isə 13-17 sm-dir.

Onanizm: mif və reallıqlar. Hələ 18 əsrdə tibb işçiləri kişi masturbasiyasının sağlamlığa olduqca ziyanlı olduğunu deyirdilər. Hətta isveçrəli həkim S. Tissonun iddiasına görə kişi onanizmi korluğa belə gətirib çıxarda bilirdi. Həmçinin masturbasiya ilə məşğul olanların orientasiyası dəyişildiyi iddia edildiyindən, gənclərə bununla məşğul olmaq qəti qadağan idi.

Müasir həyatda kişilərin 96% periodik olaraq masturbasiya edirlər. Həkimlər artıq çoxdan sübut ediblər ki, bu prosesin heç bir ziyanı yoxdur və uzunmüddətli seksdən uzaq olan insanları rahatlaşdıra bilər, hətta seksual həyatı az olan insanlarda prostatın yaranmasına əngəl ola bilər.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın