Home / SAĞLAMLIQ  / Gözlərinizi kompüter qarşısında məşq edin

Gözlərinizi kompüter qarşısında məşq edin

Tibb işçiləri insan gözlərinin sağlamlıq formulunu işləmişlər. Bu formullar kompüter arxasında çoxlu vaxt keçirən insanlara aiddir. Bu formula "20-20-20-20" adlanır. Texas Univeristetinin alimlərinin fikrinə görə kompüter arxasında çoxlu işləyən hər bir kəs 20 dəqiqədən bir kompüter

gözlərin müalicəsi

Tibb işçiləri insan gözlərinin sağlamlıq formulunu işləmişlər. Bu formullar kompüter arxasında çoxlu vaxt keçirən insanlara aiddir. Bu formula “20-20-20-20” adlanır.

Texas Univeristetinin alimlərinin fikrinə görə kompüter arxasında çoxlu işləyən hər bir kəs 20 dəqiqədən bir kompüter arxasından durmalı, 20 saniyə ərzində 6 metr uzaqlıqda olan əşyaya baxmalıdır. Bu zaman 20 saniyədə 20 dəfə gözünü qırpmalıdır. Xüsusəndə əgər oturduğunuz otaqda kondisioner çalışır. Kondisoner havanı qururdur və bu da gözlərdə diskomfort yaradır.

Daha bir neçə belə vəziyyətlərdə gözləriniz üçün məşqi biz sizlərə təqdim edirik:

1. Gözlərinizi başınızı döndərmədən sağa-sola, yuxarı-aşağı aparın. Bunu 5 dəfə etməniz gərəkdir.

2. Gözlərinizi saat istiqamətində döndərin, sonra əks istiqamətdə təkrarlayın. Bunu da 5 dəfə etməlisiniz.

3. İki gözünüzlə 10 saniyə müddətinə burnunuzun ucuna baxın.

4. Eyni hərəkəti 10 saniyə ərzində burnunuzun üstünə baxaraq edin.

5. Uzaqda obyekt seçin, gözünüzdən 20 sm-lik uzaqlıqda baş barçağınızı tutun. Gözünü həmin obyektdən barmağınıza keçirin və əksinə.

Bir məşqi yerinə yetirdikdən sonra gözlərinizi əlləriviz ilə örtün və onlara istirahət verin, digər məşqə keçin.Əgər eynək və ya linzadan istifadə edirsiniz isə məşqlərdən qabaq onları çıxartmağınız məsləhət bilinir.

Tibb işçiləri iddia edirlər ki, bu məşqlər nəinki gözlərinizi rahatlaşdıracaq, hətta baş ağrılarınızın qarşısını da alacaq.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın