Home / QİDA  / Kişi pəhrizinin xüsusiyyətləri

Kişi pəhrizinin xüsusiyyətləri

Pəhriz əsasən qadınlara aid olub və məhz onlar daim buna riayət edirlər. Kişilər isə yalnız xüsusi hallarda pəhrizə razılaşa bilərlər. Əlbəttə ki, kişi orqanizmi qadın orqanizmindən fərqlənir. Kişilər daha çox kaloriy sərf edirlər və daha

kişi pəhrizi

Pəhriz əsasən qadınlara aid olub və məhz onlar daim buna riayət edirlər. Kişilər isə yalnız xüsusi hallarda pəhrizə razılaşa bilərlər. Əlbəttə ki, kişi orqanizmi qadın orqanizmindən fərqlənir. Kişilər daha çox kaloriy sərf edirlər və daha çox qidalanmalıdırlar. Zülal isə əzələ həcmini saxlamaq üçün mütləqdir. Kişilə əksər hallarda qadınlardan çox işlədikləri üçün qidalanmaq iş qüvvəsini itirməmək üçün onlara mütləqdir.

Tibbi məlumatlara göə əgər kişi oqanizmi daim fiziki olaraq yüklənirsə ona gündə 1900-2400 kkal lazımdır, yox oturaq işlə məşğul olursa 1500-1700 kkal kifayət edir. Təbii olaraq, kişilərə meyvələr, ağartı, yaşıl salatlardan ibarət qadın pəhrizləri uyğun deyil.

Kişi pəhizinin qaydaları:
– Kişi gündə minimum üç dəfə qidalanmalıdır;
– Yağları azaltmaq lazımdır, zülal və karbohidatları yox
– A, B, C, D, E, maqniy, kalsiy – bunlar mütləqdir.

Kişi pəhrizinin məhsulları:

Çörək. Ağ çörək və bulkalardan uzaq olacaqsan. Özüvə pəhriz və qara undan hazırlanmış çörək al.

Ət. Ət kişi üçün olduqca vacibdir və bundan imtina qəbuledilməzdir. Lakin qızardılmış ətdən uzaq olun, kolbasa məhsullarını unudun. Pəhriz tutan kişinin naharı soutma ət və ya toyuq olmalıdır.

Balıq. İntellektual fəaliyyət göstərən kişilərə balıq hava və su kimi lazımdır. Balıq beyin hüceyrələrinə lazımi faydalı yağ turşularının və fosforun mənbəyidir. İdeal nahar – tərəvəzli öz buxarda bişmiş balıqdır.

Kəsmik. Yağsız kəsmik ara yeməyi rolunu oynaya bilər. Kəsmiyi dada gətirmək üçün göbələk, göylərdən, bolqar bibərindən istifadə edə bilərsiz. Pəhiz çörəyi ilə kəsmiyi yemək olar, lakin az miqdarda.

Yarma. Uzun müddət sizi tox saxlayan əla səhər yeməyidir. Həmçinin faydalılığı olduqca yüksəkdir. Lakin hazır yarmalardan uzaq olun, onlarda çoxlu kaloriy əlavələri vardır. Sadə yarmanı meyvə dilimləri ilə hazırlamaq olar.

Salatlar. Tərkibi müxtəlif olan salatları mayonez və xama ilə yox, limon suyu və yaxud zeytun yağı ilə hazırlayın.

Şirniyyat. Qadınlar igidcəsinə şirniyyatdan imtina etsələr də, kişilərə şəkər mütləqdir. Əlbəttə tort və kremli biskvitlərdən uzaq olmalısız. Cem ilə tost, bir neçə peçennik sizə yetərli ola bilər. Lakin yenə də çoxa qaçmaq lazım deyil.

İçkilər. Gündə 2 litr mayə qəbul etməlisiz. Alkoqol qadağa olmasa da, onun tərkibi kaloriy ilə zəngin olub, iştahanı artırır. Pivə həftədə iki dəfədən artıq olmayaraq və yalnız bir bakal. Belə təbii şirələr, qazsız sular, yağsız yoqurt, açıq çay, kofedən isə imtina etsəz yaxşıdır.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın