Home / XƏBƏRLƏR  / Rusiya Azərbaycana Ми-35М helikopterinin ixracını yekunlaşdırdı

Rusiya Azərbaycana Ми-35М helikopterinin ixracını yekunlaşdırdı

"Vertoleti Rossii" Holdingi Azərbaycana Ми-35М model helikopterlərinin ixracını yekunlaşdırmışdır, Jane's xəbər verir. Sonuncu texnika sifarişçi Azərbaycana 21 yanvar 2014-cü ildə təqdim olunub. Ümumilikdə Azərbaycana 24 Ми-35М helikopteri gətirilmişdir ki, bunlar HHQ-ında Ми-24G helikopterlərini tamamlayacaqlar. Helikopterlər

Ми-35М

“Vertoleti Rossii” Holdingi Azərbaycana Ми-35М model helikopterlərinin ixracını yekunlaşdırmışdır, Jane’s xəbər verir. Sonuncu texnika sifarişçi Azərbaycana 21 yanvar 2014-cü ildə təqdim olunub. Ümumilikdə Azərbaycana 24 Ми-35М helikopteri gətirilmişdir ki, bunlar HHQ-ında Ми-24G helikopterlərini tamamlayacaqlar. Helikopterlər NATO standartına uyğunlaşdırılmışdır.

Azərbaycana gətirilən helikopterlər gecə görüntüsü, IRTV-445MGH sistemi və özünümüdafiə sisitemi ilə təchiz olunublar. Bununla yanaşı Azərbaycana tank əleyhinə 9 K114 «Штурм-В» raketləri, idarə olunmayan C-8 və C-9 raketləri, 9-A-629 və 9-A-622 kalibra 12,7 və 7,62 mm kalibra pulemyotlar və uyğun olaraq 30 mm-li 9-A-800 qaranatomyotlar gətirilmişdir.

Rusiya ixracı dövlətlərarası 2010-2011-ci illərdə imzalanan müqavilələr əsasında həyata keçirir. Müqavilənin dəyəri 3 milyard dollar kimi dəyərləndirilib. Texnikanın ilk ixracı 2013-cü il iyun ayının ortalarından başlanmışdır.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın