Home / GÖRKƏM  / Kişi sviterinin 4 növü

Kişi sviterinin 4 növü

Sviter - soyuq aylarda qarderobun əvəzolunmaz bir əşyasıdır. Kişi sviterləri 4 əsas növə bölünürlər: V-vari yaxa, yumru yaxa, vodolazka və kardiqan. Bu modellərin hər biri sənin qarderobunda öz yerini tapa bilər. V-vari yaxalı sviter. Belə sviterləri mütəxəssislər

John Richmond

Sviter – soyuq aylarda qarderobun əvəzolunmaz bir əşyasıdır. Kişi sviterləri 4 əsas növə bölünürlər: V-vari yaxa, yumru yaxa, vodolazka və kardiqan. Bu modellərin hər biri sənin qarderobunda öz yerini tapa bilər.

V-vari yaxalı sviter.
Belə sviterləri mütəxəssislər polo və ya köynək altda olmaqla geyinməyi məsləhət bilirlər. Əsas məsələlərdən biri yaxanın kəsiyi iki düymədən aşağı olmamalıdır.

sviter_1

Yumru yaxa sviter.
Bu model olduqca universal olub, klassik geyimlə bərabər gündəlik şalvar və cinslə də geyinmək olar. Klassik geyimdə istifadə edilən zaman yaxşı olar ki, altdan qalstuk ilə köynək geyinmiş olasınız. Digər hallarda isə sərbəst görkəm əldə etmək olar.

sviter_2

Vodolazka.
Vodolazka kimi model bleyzer, iş geyimi və palto ilə uyğun gələ bilir. Həmçinin vodolazka cinslə sizə müasir görkəm bəxş edə bilər.

sviter_3

Kardiqan.
Kardiqan sizin qarderobun universal əşyasına çevrilər bilər. Kardiqan köynək və qalstukla uyumlu olduğu kimi, sadə futbolka ilə də olduqca uyumludur.

sviter_4

Geyimdə əsas öz stilini tapasan. Müxtəlif cür sintez edərək siz, özünüzə yaraşan görkəmi tapa bilərsiz.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın