Home / XƏBƏRLƏR  / Google və Samsung patentləri ilə bölüşəcəklər

Google və Samsung patentləri ilə bölüşəcəklər

Google və Samsung patent mübadiləsi haqqında saziş imzalayıblar. Bunu Samsung Tomorrow bloqu yazır. Sazişə əsasən şirkətlər bir birilərinin patentlərindən istifadə edə bilərlər. Bu həmçinin rəqiblərin məhkəmə məsələlərindən qorunmaq üçün atılmış bir addımdır. Sazişə artıq alınmış və

samsung

Google və Samsung patent mübadiləsi haqqında saziş imzalayıblar. Bunu Samsung Tomorrow bloqu yazır. Sazişə əsasən şirkətlər bir birilərinin patentlərindən istifadə edə bilərlər. Bu həmçinin rəqiblərin məhkəmə məsələlərindən qorunmaq üçün atılmış bir addımdır.

Sazişə artıq alınmış və gələcəkdə hər iki şirkət tərəfindən alınacaq patentlərin mübadiləsi daxildir. Buna baxmayaraq, Samsung və Google hər hansı bir istisna patentin olub olmadığı barəsində açıqlama verməyiblər. Hər iki şirkətin on minlərlə patenti olduğu qeyd olunur. Sazişin maliyyə tərəfi gizli saxlanılır.

2011-ci ilin sentyabr ayında Samsung Microsoft şirkəti ilə lisenziya mübadiləsi barəsində artıq saziş imzalamışdır. Nəticədə Koreya şirkəti Microsofta buraxdığı məhsullarda Microsoft patentlərinin istifadəsinə görə pul ödəyir. Samsung-un Ericsson ilə də sazişi vardır ki, burada da pul köçürmələri yerinə yetirilir.

Samsung dünya üzrə Android sistemli smartfonların istehsalında lider şirkətdir. 2011-ci il yaz aylarından etibarən Apple şirkəti ilə patent “müharibəsi” aparır.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın