Home / İDMAN  / Pres məşqləri

Pres məşqləri

Havalar isindikcə kişilər pres barəsində düşünməyə başlayırlar. Kişilər trenajor zallarına gedərkən yalnız tez bir zamanda qarında yaranmış piylərdən azad olmaq istəyirlər. Bu məqalədə pres haqqında və məşqlərdən söhbət açacıq. Pres - qarın əzələləri. Pres əzələləri döş qəfəsinin

pres əzələləri

Havalar isindikcə kişilər pres barəsində düşünməyə başlayırlar. Kişilər trenajor zallarına gedərkən yalnız tez bir zamanda qarında yaranmış piylərdən azad olmaq istəyirlər. Bu məqalədə pres haqqında və məşqlərdən söhbət açacıq.

Pres – qarın əzələləri. Pres əzələləri döş qəfəsinin aşağı hissəsi və üst çanaq arasında yerləşən əzələlərdir. Onlar qarın boşluğunu örtürlər və qoruyurlar.Yan qarın əzələləri üç geniş üst-üstə əzələ formalaşmasıdır.

Xarici maili əzələ – geniş qarın əzələlərin ən üstə olanıdır. Çöndüyünüz zaman yığılır, hər ikisinin yığılması nəticəsində onurğa sümüyünü əyərək, sizə əyilməyə kömək edir.

Daxili maili əzələ – xarici maili əzələnin altında yerləşir və eyni funksiyalara malikdir.

Köndələn əzələ – qarın əzələlərinin ən dərin və ən nazik olanıdır. Qarın divarını qalınlaşdırır və döş qəfəsinin alt hissələrini yaxınlaşdırır.

Düz əzələ – orta xətdən hər iki yana olan hissədə olur. Yığılması nəticəsində onurğa sümüyünü əyir və döş qəfəsinin önə gəlməsinə səbəb olur.

Qarın boşluğu əzələləri daim təzyiq altındadırlar. Bir çox hərəkət zamanı onlar işə düşür. Bir çox məşqçilər qarın boşluğu əzələlərin saz olmasını, ümumi bədən möhkəmliyi ilə eyni tuturlar.

Əsas qeydlər:
– Çoxlu təkrarlamalar pres əzələlərini minimal möhkəmləndirir

– Belin aşağı hissəsinin məşqlərinə dırnaq arası baxmayın

– Belin aşağı əzələləri zəif pres zamanı az istifadə olunduğundan zəifdirlər

– Ayaqlarınızı pres zamanı hündür bir yerə qoysanız belə düşən güc azalacaq

– Pres məşqləri bel ətrafı yağları əritmir

– Yanlara əyilərək məşqlər belinizi genişləndirə bilər

– Sakit temp məşqi daha təhlükəsiz edir

– Qarnın yığılması presi yaxşılaşdırmır

– Presi gündə məşq etməyin

– Presi gücləndirmək üçün məşqələrə ağırlıq vermək lazımdır

– Pres bədəninizin yalnız bir hissəsidir, digər hissələrə də diqqət yetirin

– Dəri altı yağlar nə qədər az olarsa, pres o qədər səligəli görükəcək

– Bir çox reklam olunan pres trenajorları az effektlidir

– Qarın boşluğu və belin aşağı hissəsini məşq etdirmək vacibdir.

Məşqlər:

1. Trenajorla sıxma hərəkətləri – 12 təkrarlama ilə 4 yanaşma

2. Üst blokda sıxmalar – 12 təkrarlama ilə 3 yanaşma

3. Yana sıxmalar – hər yana 12-20 təkrarlama ilə bir yanaşma

4. Gövdə dönmələri – 30+ təkrarlama ilə 2 yanaşma

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın