Home / QİDA  / Xaş – əsl kişi yeməyi

Xaş – əsl kişi yeməyi

Xaş ya Kəllə paça - Orta Şərq və Cənubi Qafqaz mətbəxinin yeməklərindən biridir. Bu Qafqaz kişilərinin istəkli yeməyidir, çünki xaş keçən axşamın yemək-içməyindən sonra çox yerində olur. Beləliklə, xaş üçün lazımdır. Mal ayağı, özüdə qabaq ayaqları və qoca olmasın! Ayaqları tükdən təmizləmək

xaş

Xaş ya Kəllə paça – Orta Şərq və Cənubi Qafqaz mətbəxinin yeməklərindən biridir. Bu Qafqaz kişilərinin istəkli yeməyidir, çünki xaş keçən axşamın yemək-içməyindən sonra çox yerində olur.

Beləliklə, xaş üçün lazımdır.
Mal ayağı, özüdə qabaq ayaqları və qoca olmasın!

Ayaqları tükdən təmizləmək üçün oda tutun. Bir neçə dəfə yuduqdan sonra oynaqlar üzrə 2-4 yerə bölmün.Bunları minalanmış qazanın içinə qoyun və üstünə su əlavə edin. Kəfi yığmaq, su qaynayanda onu boşaltmaq, bir daha ayaqları yumaq və təmiz suyun içinə salmaq lazımdır. Su 15-20 sm ayaqları örtməlidir və vam odda bişirməyə başlayın. Su bərk qaynamamalıdır. Vaxtaşırı kəfi yığmaq lazımdır.

Kəfin yaxşı yığılması üçün bir baş soğan və suyun şəffaf olması üçün bir kök əlavə edə bilərsiz. Soğan və kökü bişmə prosesinin yarısından götürmək lazımdır. Sona yaxın duz, iri istiot və dəfnə yarpağı əlavə edin. Ayaqlar o həddə qədər bişirilir ki, əti sümükdən ayrılsın. Xaş gecədən səhərə kimi bişirilir (22.00-dən 6.00-dək). Suyun miqdarı iki dəfə azalır. Ət sümükdən ayrılarkən, onun şorbası yağlı qızılı rəngdə olmalıdır.

Xaşı sirkənin içində sarımsaqla, nar turşusu, şoraba, göyərti ilə yeyirlər. Həkimlər xaşı sınıqda tövsiyə edirlər. Xaşı adətən kişilər hazırlayırlar. Xaş kişilər üçün dostlarla vaxtı şən keçirmək üçün gözəl bir bəhanədir.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın