Home / İDMAN  / Güclü qollar

Güclü qollar

Qadınlar ilk öncə kişilərin qollarına fikir verirlər. Bitsepslərin həcmi sizə əks cins nümayəndələri ilə münasibətdə kömək olacaq. Buna görə də qolların məşqinə daim xüsusi diqqət yetirmək lazımdır. Aşağıda sizlərə qol əzələlərini artırmağın bir neçə qaydası verilmişdir. 1.

güclü əllər

Qadınlar ilk öncə kişilərin qollarına fikir verirlər. Bitsepslərin həcmi sizə əks cins nümayəndələri ilə münasibətdə kömək olacaq.

Buna görə də qolların məşqinə daim xüsusi diqqət yetirmək lazımdır. Aşağıda sizlərə qol əzələlərini artırmağın bir neçə qaydası verilmişdir.

1. Qol əzələləri digər əzələlərlə proporsional artır. Beləki, bütün əzələ qruplarının məşqinə fikir verin.

2. Baza məşqlərinə çoxlu zaman ayırın: sinəyə ağırlıq, uzanaraq jim, dartınma, adi jim. Bu məşqlərin hər birində qol əzələlərinə güc düşür.

3. Bitsepslər olduqca kaprizli əzələlərdir. Onları asanlıqla yenidən məşq elətdirmək olar. Buna görə də həftədə bir gün bu məşqlər üçün kifayətdir. Digər günlərdə onsuzda bütün məşqlərdə qollara güc düşür.

4. Bilək əzələlərini də unutmayın. Həftədə ən az bir dəfə bilək məşqlərinə də vaxt ayırmalısız. Əksə halda biləyinizi zədələyə bilərsiz.

5. Məşqləri maksimal düzgün etmək lazımdır. Qanteli qaldıra bilmirsizsə, digər əzələlərlə özünüzə kömək etməyin, yaxşı olar ki, qantellərin çəkisini azaldasınız.

6. Bokser armudu qolları möhkəmləndirməyə kömək edir. Əgər belə bir imkan varsa, tənbəllik etməyib 5-10 dəqiqə məşq edin. Qollarınızı bərkitməklə yanaşı, sizin cəldliyinizi də artıracaq.

Sonda yadda saxlayın ki, bitsepslər üçün ən yaxşı məşq ştanqa ilə ayaq üstə qolların yığılması, tritsepslər üçün uzanmış halda ştanqa ilə jimdir.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın