Home / QİDA  / Limonla noxud şorbası

Limonla noxud şorbası

Soyuq havalarda şorbalar əvəzsiz bir yeməkdir. Üstəlik mədənizə hərdən sulu yeməklərlə istirahət verin. Sizlərə limonlu noxud şorbasını hazırlamağı öyrədəcəyik. Limonun da C vitamini ilə zəngin olmasını nəzərə alaraq, şorbanın sağlamlığa xeyiri danılmazdır. Lazım olanlar: 350 qr noxud,

noxudlu şorba

Soyuq havalarda şorbalar əvəzsiz bir yeməkdir. Üstəlik mədənizə hərdən sulu yeməklərlə istirahət verin.

Sizlərə limonlu noxud şorbasını hazırlamağı öyrədəcəyik. Limonun da C vitamini ilə zəngin olmasını nəzərə alaraq, şorbanın sağlamlığa xeyiri danılmazdır.

Lazım olanlar: 350 qr noxud, 1 iri baş soğan, zeytun yağı, 2 xörək qaşığı un, cəfəri, 0,5 limon, duz, istiot.

Etməlisiniz: noxudu gecədən islatmalısınız. Səhərisi gün soğanı zeytun yağında qovurun, ardınca suyunu süzüb noxudu qovrulan soğana əlavə edin biraz qovurun. Biraz qovurduqdan sonra iki barmaq qədər örtənə qədər su əlavə edin və 1 saat qaynadın. Noxudun bişməsinə nəzarət edin.

Başqa bir qabda bir limon suyunu 2 xörək qaşığı un ilə qarışdırın. Noxud bişəndən sonra onu blenderdən keçirin və limon suyu ilə un qarışığını qarışdırın daha 5 dəqiqə bişirin. Cəfərini xırda doğrayıb şorbaya əlavə edin.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın