Home / SAĞLAMLIQ  / Oturaq həyat tərzinin problemləri

Oturaq həyat tərzinin problemləri

"Hərəkət - həyatdır". Əzəl günlərdən kişi ailədə böyük rol oynamış, ailə yükünü çiyinlərində daşımışdır. Qədim zamanlarda ailəsini dolandırmaq üçün ovçuluqla, balıqçılıqla, aktiv işlə məşğul olardı kişilər. Müasir dövrdə isə artıq bir çox işlər ofisdə, oturaraq

oturaq heyat

“Hərəkət – həyatdır”. Əzəl günlərdən kişi ailədə böyük rol oynamış, ailə yükünü çiyinlərində daşımışdır. Qədim zamanlarda ailəsini dolandırmaq üçün ovçuluqla, balıqçılıqla, aktiv işlə məşğul olardı kişilər. Müasir dövrdə isə artıq bir çox işlər ofisdə, oturaraq həyata keçirilə bilər.

Oturaq həyat tərzi müasir həyatın ən böyük problemidir və bu problemdən əsasən də şəhər əhalisi əziyyət çəkir. Həkimlər artıq çoxdan sübut ediblər ki, hipodinamiya ürək-damar sisteminə, cinsi problemə və s. təsir edir. Həmçinin oturaq həyat depressiyaya gətirib çıxarda bilir.

Prostat və potensiya ilə problemlər

Bildiyiniz kimi prostat – kişinin ikinci ürəyidir və burada yaranan istənilən narahatçılıq dərhal bütün orqanizmə təsir edir.

İş ondadır ki, hərəkət aktivliyinin azlığı ümumi qan dövranının pozulması ilə bərabər yerli qan dövranının pozulması ilə də müşahidə olunur. Beləki, kiçik çanaq orqanlarında qan dövranının pozulması burada durğunluq və iltihab proseslərinə gətirib çıxardır. Əksər hallarda prostatita səbəb urogenital infeksiyalar səbəb olur, lakin kiçik çanaq nahiyəsində qan durğunluğu bu infeksiyanın daha da inkişaf etməsinə səbəb ola bilər.

Həmçinin bu cür hallar ereksiya disfunksiyası, ağrılı boşalmalar, hətta sonsuzluğa gətirib çıxarda bilər. Əgər siz oturaq işləməyə məcbursunuzsa, bu zaman həkimlər anal keçidin yığılıb boşalmasını həyata keçirməyi məsləhət bilirlər. Beləki, bunu saatda 30 dəfə etməyiniz kifayətdir, bu zaman çanaq altı əzələləri möhkəmləndirir, cinsi orqanı məşq elətdirdiyi üçün, eyni zamanda cinsi sistemə də müsbət təsir edir.

Qəbizlik və hemoroid

Qəbizlik – həyat tərzinə mənfi təsir göstərən ən böyük xəstəliklərdəndir. Qəbizliyə səbəb hipodinamiya ola bilər. İdmanla məşğul olmağa başlayın. Adi səhər idmanı belə sizə kömək ola bilər. Fast-fud və emal edilmiş qidalardan uzaq olun, daha çox bərk məhsullarla qidalanın (alma, kələm), həmçinin yumuşaldıcı məhsullardan (qara gəvalı, çuğundur, əncir və s.) istifadə edin.

Qəbizlik uzun müddət müalicə olunmasa, tədricən hemroidə çevrilə bilər. Əksər hallarda hemoroidin müalicəsi üçün cərrahiyə müdaxiləsi lazım gəlir. Bu səbəbdə qəbizliyi hiss edən kimi hərəkətə keçin.

Osteoxondroz

Fəqərə sütunu xəstəliyi olan osteoxondroza ən böyük səbəblərdən biri də oturaq həyat tərzidir.

Bir qayda olaraq, ofis işçilərinin əksəriyyətində bədənin sağ tərəfi əziyyət çəkir. Bir çox insanlar sağ əllə işlədiyi üçün bədənin bu hissəsinə yük düşür. Boyun və kürək ağrıları osteoxondrozun ilk əlamətləridir. Bu tip ağrıları hiss edən kimi mütləq həkimə getmək və lazımi adekvat müalicə almaq lazımdır. Müalicə almaqla bərabər oturaq həyat tərzindən daha aktiv həyat tərzinə keçmək lazımdır. Həkimdən lazımi fiziki yük proqramlarını ala bilərsiz.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın