Home / BİZNES  / Varlı və kasıb psixologiyası

Varlı və kasıb psixologiyası

Varlı və kasıb insanlar arasında tam fərqli dünya görüşü mövcuddur. Düzgün fikirləşən hər şeyə nail ola bilir. Hər bir insan müəyyən şəraitdə dünyaya gəlir, cəmiyyətdən mənimsəyərək, adət-ənənə və yaşam qanunlarını öyrənir. Kasıb psixologiyası - bu

varli-kasib

Varlı və kasıb insanlar arasında tam fərqli dünya görüşü mövcuddur. Düzgün fikirləşən hər şeyə nail ola bilir. Hər bir insan müəyyən şəraitdə dünyaya gəlir, cəmiyyətdən mənimsəyərək, adət-ənənə və yaşam qanunlarını öyrənir. Kasıb psixologiyası – bu qanunlarından biridir. Varlı və kasıb arasında tam fərqli dünyaya baxış açısı var. Biz yalnız xarici baxımından eyniyik və eyni dərəcədə xoşbəxtliyə layiqiq. Lakin “layiq olmaq” məsələsi varlılıqdan asılı deyildir, onu insan özü yaradır.

Əgər siz kasıb ailədə doğulmuşsunuzsa bu o demək deyil ki, siz ömrünüz boyu da kasıb olacaqsınız. Sadəcə digərlərinin ilk addımlarında dəstəkləri sizdən biraz artıqdır. Çox insan kasıb psixologiyasından varlı psixologiyasına keçə bilmir. Bu özü də bir fərasətdir, özünü dərk etmədir.

Heç bir zaman varlı adamların pul qazanma yollarını təqid etmək lazım deyil. Onların düşüncə tərzinə fikir verin, bu ən əsasdır. Çoxlu fikirləşərək həyatın ədalətli olduğunu və kimin nəyə layiq olduğunu yaşadığını görmək olar. Düşünən insan bu həyatda cavabdehliyini dərk edir və başqalarını heç bir səhvində günahlandırmır.

Sizə bir neçə varlı – kasıb psixologiyasının müqayisəsini nümunə gətiririk

1.
– Kasıb: İnsan dünyada hər şeydə bir məhdudiyyət olduğunu və bir gün qurtaracağını düşünür. Ehtiyac hissi daim olan bu insanlar dünyada hər şeyin bölüşdüyünü başa düşür. Belə insanlar özünə oxşarlarla daim yaşam mübarizəsindədir, ehtiyac hissi aqressiya və xəsislik hisslərini oyadır.

– Varlı: Dünyaya daim bolluq və varlıq gözü ilə baxılır. Siz Allahınıza bütün varlıqlara görə şükür edirsiz. Siz istədiyiniz hər bir şeyi əldə edə bilirsiz. Xəsislik sizdən uzaq gəzir.

2.
– Kasıb: Başqalarına kömək məqsədi ilə müraciət etdikdə sizin ehtiyacınız olduğunu bilirlər və sizə kömək etməkdən imtina edirlər. Ehtiyacı olan insanın ehtiyacını dilənçilik kimi qəbul edirlər. Belə “dilənçidən” insanlar həmişə yan keçməyə çalışırlar.

– Varlı: Başqalarına müraciət etdiyiniz zaman onlar sizin nəisə mənimsəmək istədiyinizi düşünmür. İnsanlar sizlə münasibət qurmağa çalışır, sizinlə sözləşməyə və iş görməyə hazır olurlar. Varlı insanlar həmişə işdə cazibədar olurlar.

3.
– Kasıb: Kapital olmadığı üçün iş görməyin də bir əhəmiyyəti yoxdur. Məsələn, siz ev tikmək istəyirsiz, lakin başa düşürsüz ki, pulunuz çatmır və gələcəkdə çatmayacaq və başlamağın heç bir mənası olmadığını dərk edirsiz. Bu cür bir çox kasıb düşünür, lakin kapital olmaması əsas deyildir.

– Varlı: Bütün imkanların əlçatan olmasını düşünür. Ağıllı insan “səndən hərəkət, Məndən bərəkət” deyiminə inanır və buna əməl edir. Kapitalın olmaması heç bir zaman maneə şəklini almamalıdır. Əsas ilk addımdır onu ata bilsəz bir çox problemlər özü öz həllini tapacaq.

4.
– Kasıb: Lazımsız yığım. İnsanın nə qədər çox ehtiyacı varsa, onun evində bir o qədər lazımsız “zir-zibil” dolu olur. Ucuz maşını olan bir kişinin qarajında o qədər avtomobil hissəsi olur ki, bəlkə də onlarla bir neçə maşın yenidən yığmaq olar. Ehtiyac düşüncəsi “qalsın lazım olar” prinsipini yaradır.

– Varlı: Yalnız lazım olan əşyalar. Köhnə əşyalar insanları passivləşdirir və həmişə ehtiyac hissini oyaq saxlayır. Artıq bir ildən çox istifadə etmədiyiniz əşyalarınızı atın və yaxud da paylayın.

5.
– Kasıb. Tələsmə və neqativ motivasiya. “Vaxt daralır – hərəkətə keçmək zamanıdır”, “pul qurtarır – qazanmaq lazımdır” – kasıb düşüncəsi. Bu düşüncələr insanı krizis vəziyyətinə gətirib çıxardır. Neqativ motivasiya düzdü işləsə də, həmişə düzgün seçim deyildir. Neqativ həmişə yorucu olmuşdur.

– Varlı: İşdən həzz alır və niyyəti həmişə pozitivdir. Pozitiv insan məqsədinə doğru ruh yüksəkliyi ilə gedir və tam dəqiq nail olacağı məqsədləri qavrıyır və sonda əldə edir. Pisimist insanlardan fərqli olaraq, işi ağır yük kimi yox, maraq sahəsi kimi qəbul edir.

Beləliklə əgər varlı olmaq istəyirsiniz isə bu zaman varlı kimi düşünün və varlı kimi yaşamağa çalışın. Lakin “ayağıvı yorğanıva görə uzad” atalar sözünü də unutmaq olmaz.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın