Home / QİDA  / Dovğa bişirməyi bacar

Dovğa bişirməyi bacar

Soyuq və isti aylarda daim aktual olan dovğanı bişirmək təssəvür etdiyiniz qədər çətin deyildir. Soyuq aylarda isti, yay aylarında soyuq halda içilən dovğa üstəlik sağlamlığa xeyirdi. Lazım olanlar: 1 litr dovğa, yarım litr su, 1 ədəd yumurta,

dovga

Soyuq və isti aylarda daim aktual olan dovğanı bişirmək təssəvür etdiyiniz qədər çətin deyildir.

Soyuq aylarda isti, yay aylarında soyuq halda içilən dovğa üstəlik sağlamlığa xeyirdi.

Lazım olanlar: 1 litr dovğa, yarım litr su, 1 ədəd yumurta, yarım stəkan yumru düyü, bir stəkan noxud, dovğaya lazım olan göyərtilər (keşniş, şüyüd, şomu, nanə, cəfəri), duz.

Hazırlanma qaydası: İlk əvvəl qatıq, duz, su və yumurta vahid mayə şəklinə qədər çalınır. Hazırlanmış qarışımı odun üstün qoyaraq daim qarışdırın. 2-3 dəqiqədən sonra düyü və hazır doğranmış göyərtiləri əlavə edin. Unutmayın ki, dovğa qarışdırıla-qarışdırıla hazırlanır və göyərtilər belə əlavə olunduqda qarışdırmanı durdurmayın.

Beləliklə səbirlə qarışdıra-qarışdıra dovğanın qaynamasını gözləyin və qaynamağa başladıqda artıq qarışdırmanı durdurun və 4-5 dəqiqə dovğanın qaynamasını gözlədikdən sonra nuş edə bilərsiz.

Onu da qeyd edək ki, bəzən dovğaya sarmısaq da qatılır. Bunu bişirmə prosesinin əvvəlində etmək lazımdır (1 diş əzilmiş sarımsaq).

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın