Home / İDMAN  / Fiziki aktivlik – arıqlamanın yolu

Fiziki aktivlik – arıqlamanın yolu

Artıq çəki bir çox insanlar üçün böyük bir problemdir. Əgər nəzərə alsaq ki, dünyada hər altı nəfərdən biri artıq çəkidən əziyyət çəkir, bu məsələnin aktuallığını dərk etmək heç də çətin deyil. Aşağıda sizlərə arıqlamağa kömək olan

uzguculuk

Artıq çəki bir çox insanlar üçün böyük bir problemdir. Əgər nəzərə alsaq ki, dünyada hər altı nəfərdən biri artıq çəkidən əziyyət çəkir, bu məsələnin aktuallığını dərk etmək heç də çətin deyil.

Aşağıda sizlərə arıqlamağa kömək olan 5 effektiv fiziki aktivlik üsullarını sadalayacayıq.

1. Velosiped
Velosiped demək olar ki, bütün əzələlərin tonusunu artırmağa kömək edir. İlk əvvəllər kiçik məsafələri dəf edərək, sonralar daha uzun məsafələrə, daha yeni marşrutlara keçmək, fiziki yükü artırmaq lazımdır. Velosiped sürməkdən həzz alaraq, eyni zamanda məşq etmiş də olacaqsınız.

2. Hündürlüyə qaçış
Belə qaçış sizə piy qatlarından azad olmağa mütləq kömək edəcək. Hər qaçışdan öncə 15 dəqiqə isinmə hərəkətlərini etməlisiniz. Əgər yaşadığınız ərazinin landşaftı buna imkan vermirsə və yaxud sadəcə belə qaçışa imkan yoxdursa, trenajor zallarında qaça bilərsiz. Bu zaman qaçış trenajorunu 10% hündürlüyə kökləməlisiniz.

Daim trenajor zallarından istifadə edən hər kəsə bu məşqi ən azı həftədə 1 dəfə, 8 təkrarlama ilə yerinə yetirmələri məsləhət bilinir.

3. Qantellərlə məşq
Qantellərlə məşq orqanizmdə piy əridilməsinə səbəb ola bilir. Daha uğurlu nəticə üçün həftədə 4 dəfə 4-5 qantel məşqindən istifadə etmək lazımdır.

4. Avarlı trenajor
Fitnes üzrə ekspertlər arıqlamaq istəyən hər bir kəsə avarlı trenajordan istifadəni tövsiyyə edirlər. Qeyd olunur ki, bu trenajorda məşq piylərdən sizləri daha sürətli azad edir. Həftəyə 2-3 avarlı məşq sizi istənilməyən piy qatlarından azad edə bilər.

5. Üzgüçülük
Üzgüçülük qaçış və alpinizm qədər arıqlama da effektivdir. Gündə 35-45 dəqiqə üzərək siz orqanizminizdə maddələr mübadiləsini yaxşılaşdıracaq və piy qatlarından tədricən azad olacaqsınız. Həmçinin üzgüçülük sizə fit bədən formasını bəxş edəcəkdir.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın