Home / QADINLAR  / Hamamda seks – ilk öncə təhlükəsizlik

Hamamda seks – ilk öncə təhlükəsizlik

Seks üçün ən ekzotik yerlərdən biri hamamdır. Artıq hamamda seks ilə insanları təəcübləndirmək olmaz, artıq demək olar ki, hər kəs bir dəfə də olsa hamamda sekslə məşğul olmuşdur. Ehtiraslı cütlüklər hamamda münasibətə olduqca həvəsli olsalar

hamamda seks

Seks üçün ən ekzotik yerlərdən biri hamamdır. Artıq hamamda seks ilə insanları təəcübləndirmək olmaz, artıq demək olar ki, hər kəs bir dəfə də olsa hamamda sekslə məşğul olmuşdur. Ehtiraslı cütlüklər hamamda münasibətə olduqca həvəsli olsalar da, tibb ekspertləri buna çox zaman əks çıxırlar. Onların fikrincə xüsusi qaydalara riayət edərək, hamamda cinsi münasibətə girmək olar.

Artıq yaşı bəlli olan insanlar başa düşməlidirlər ki, hamam xroniki xəstəlikləri, xüsusən də təzyiqi olan insanlar üçün bir o qədər əlverişli yer deyildir. Hamamda orqanizmə və xüsusəndə qan damarlarına yük düşür. Bu yüksək temperaturun nəticəsində baş verir.

Seks öz növbəsində ürək döyüntülərini və təzyiqi yüksəldir, xüsusi hallarda bədən temperaturasını artırır. Belə yüklə ancaq daim idmanla, fiziki işlə məşğul olan insanlar baş edə bilər. Ofis və oturaq işdə işləyən insalar isə baş gicəllənməsi hiss edə bilər, hətta ən maraqlı məqamda huşunu itirmə halları da baş verə bilər.

Eyni zamanda qeyd etmək lazımdır ki, hamam rahatlaşdırıcı effektdən səvai, fiziki ehtiraslamanı da stimullaşdırır. Qan dövranının yüksəlişi, çılpaq bədənlərinizin yaxınlığı nəticəsində tərəf müqabilinizin bütün toxunuşlarını daha dərindən hiss edəcəksiniz.

Ümumi nəticəyə gəlmək olar ki, hamamda seks sağlamlığından şikayət etməyən və idmanla məşğul olanlar üçün heç də pis fikir deyil. Amma unutmayın ki, buxarlı hamamda seks qəti qadağandır!

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın