Facebook WhatsApp-ı 19 mlrd dollara aldı
Dünyanın ən böyük sosial şəbəkələrindən olan Facebook WhatsApp mesencerinə 16 mlrd dollara sahib çıxıb. The Verge nəşrinin yaydığı məlumata görə WhatsApp özünü 7,9% Facebook səhmlərinə (12 mlrd dollar) və 4 mlrd dollar nağd pula satıb. Müqaviləyə
Dünyanın ən böyük sosial şəbəkələrindən olan Facebook WhatsApp mesencerinə 16 mlrd dollara sahib çıxıb.
The Verge nəşrinin yaydığı məlumata görə WhatsApp özünü 7,9% Facebook səhmlərinə (12 mlrd dollar) və 4 mlrd dollar nağd pula satıb. Müqaviləyə əsasən WhatsApp növbəti 4 ildə daha 3 mlrd dollarlıq Facebook səhmlərinə sahib çıxacaq.
İnstagram ilə olduğu kimi Mark Tsuqerberq WhatsApp menecerininin Facebook dəstəyilə müstəqil inkişaf edəcəyini söyləyib.
Hal-hazırda WhatsApp menecerindən 450 mln istifadəçi qeydiyyatdan keçmiş və gündəlik istifadəçi sayı 320 mln nəfərə qədər yüksəlir. Yeni sahiblərin məqsədi isə qeydiyyatçıların sayını 1 mlrd-a gətirməkdir. WhatsApp-ın SMS xidmətini əvəz edəcəyi söylənilir.
Qeyd olunur ki, mesencerdə reklam olmayacaq və 1 il pulsuz istifadədən sonra 1 dollarlıq qiymət dəyişməyəcək.