Home / İDMAN  / Quru əzələlər

Quru əzələlər

Sözsüz siz yığdığınız əzələ kütləsini nümayiş etdirmək istəyirsiniz. Trenajor zallarında ağır məşqlərin nəticəsini bölüşmək istəyirsiniz. Lakin əzələ kütləsi ilə bərabər siz relyef əzələlərə sahib olmaq istəyirsiniz. Bunun üçün isə siz əzələ kütləsini yığdıqdan sonra əzələ

Mehrshad Hajikhani

Sözsüz siz yığdığınız əzələ kütləsini nümayiş etdirmək istəyirsiniz. Trenajor zallarında ağır məşqlərin nəticəsini bölüşmək istəyirsiniz. Lakin əzələ kütləsi ilə bərabər siz relyef əzələlərə sahib olmaq istəyirsiniz. Bunun üçün isə siz əzələ kütləsini yığdıqdan sonra əzələ ətrafı piy qatlarından azad olmalısınız.

Düzgün və yaraşıqlı əzələ bədənini əldə etmək üçün əzələləri mütləq qurutmalısınız (əzələ ətrafı piylərdən azad olmaq). Bunun üçün xüsusi məşqlər kompleksi var. Məşqlərə əsasən ağırlıq məşqləri daxildir.

Əzələ kütləsini artıran məşqlərdən yağ yandıran məşqlərin əsas fərqi burada olan yanaşmaların sayıdır. Güc məşqlərindən səvai kardioməşqlərdən də istifadə etmək lazımdır: qaçış, velotrenajor. Quru əzələ əldə etmək üçün məşqlərdən əlavə pəhriz də saxlamaq lazımdır. Yağlı yeməkləri minimuma endirmək lazımdır. Lakin bu o demək deyil ki, yağlardan tam imtina etmək lazımdır. Unutmayın ki, yağlar kişi orqanizminə vacibdir. Karbohidratları azaldıb, zülalları artırmaq lazımdır. Əzələlər zülal çatışmamazlığından əziyyət çəkməməlidirlər.

Az-az tez-tez yeyin. Metabolizminizi saz halda saxlayın. Üç dəfə yox beş dəfə yeyin, orqanizmə kaloriy axını daimi olmalıdır. Qida uzun müddət olmadıqda orqanizm kortizol ifraz edir ki, qida əvəzinə əzələlərdən istifadə edir.

Qurutma – qidalanma rejimi və məşqlər kompleksidir. Məşq zalında günaşırı güc məşqlərinə üstünlük verməlisiniz. İstifadə etdiyiniz çəkiləri azaldaraq, yanaşma və təkrarlamaların sayını 15-20-yə çatdırmalısınız.

Əzələ qurudulması bədən üçün böyük stresdir. Buna görə sutka ərzində ən azı 8 saat yuxu yatmalısınız. Bütün qaydalara əməl etsəniz 2 ayın sonunda məşqlərin nəticəsini görəcəksiz və istədiyiniz bədən quruluşunu əldə edəcəksiniz.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın