Home / XƏBƏRLƏR  / Məhəmməd Əlinin əlcəyi 836,5 ABŞ dollara satıldı

Məhəmməd Əlinin əlcəyi 836,5 ABŞ dollara satıldı

Məşhur amerikalı bokser Məhəmməd Əlinin (doğuşdan adı Kassius Kley) istifadə etdikləri əlcəklər hərracda satılıb. Hərrac Nyu-Yorkda Heritage Auctions hərrac evində keçirilib. Sözügedən əlcəklər qoyun dərisindən hazırlanmış və içi keçi yunu ilə doldurulmuşdur. Əlcəyin içəri hissəsində olan

cassius clay

Məşhur amerikalı bokser Məhəmməd Əlinin (doğuşdan adı Kassius Kley) istifadə etdikləri əlcəklər hərracda satılıb. Hərrac Nyu-Yorkda Heritage Auctions hərrac evində keçirilib.

Sözügedən əlcəklər qoyun dərisindən hazırlanmış və içi keçi yunu ilə doldurulmuşdur. Əlcəyin içəri hissəsində olan “Kley Listona qarşı, 7-ci raund, 25 fevral” yazısını hələ də oxumaq mümkündür. Qeyd edək ki, Məhəmməd Əli məhz 25 fevral 1964-cü ildə Sonni Listona qarşı ağır bir mübarizədə çempionluq titulunu qazanmışdır.

Əlcəklərin hər biri 230 qr çəkisindədir. Məşqlərdə idmançı əzələ və güc artımı üçün daha çox çəkili əlcəklərdən istifadə edərmiş. Hərracda əlcəklər 836,5 ABŞ dollar dəyərində satılmışdır.

Maraqlı fakt. Məhəmməd Əli zamanında amerika hərbisində qulluq etməkdən imtina etmiş və nəticədə bütün titullardan məhrum olmuş və 3 il idmandan uzaqlaşdırılmışdır. Lakin böyük idmana döndükdən sonra yeni qələbələr onu yenidən zirvələrə yüksəltdi.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın