Home / QADINLAR  / Prezervativdən istifadə qaydaları

Prezervativdən istifadə qaydaları

Seksdə müxtəlif qorunma üsulları vardır. Bu üsullardan ən geniş yayılmışı prezervativdən istifadədir. Prezervativ sizi infeksiyalardan və arzuolunmaz hamiləlikdən qoruya bilər. Lakin bir çox kişilər prezervativdən düzgün istifadə etmirlər və nəticədə istəmədikləri bir halda ata olmağa

prezervativ

Seksdə müxtəlif qorunma üsulları vardır. Bu üsullardan ən geniş yayılmışı prezervativdən istifadədir. Prezervativ sizi infeksiyalardan və arzuolunmaz hamiləlikdən qoruya bilər.
Lakin bir çox kişilər prezervativdən düzgün istifadə etmirlər və nəticədə istəmədikləri bir halda ata olmağa hazırlaşırlar. Prezervativin istifadəsində kişilərin ən çox buraxdıqları səhvlər bunlardır:

– Gec istifadə. Prezervativi artıq seks başladıqdan sonra istifadə etmək olmaz. Kişilərin 17-50 faizi məhz seks başladıqdan sonra prezervativi yada salırlar və nəticədə belə davranış arzuolunmaz nəticələrə gətirib çıxarda bilir.

– Tələsmə. Kişilərin 13.6 – 44.7 faizi prezervativi tam boşalmamış çıxardırlar. Buna yol vermək olmaz.

– Düzgün taxmaq. Bir çoxları prezervativi çevirib taxırlar, lakin bunun tam əksini etmək lazımdır.

– Appendiks. Prezervativdə sperma üçün yer saxlamaq lazımdır. Əks halda sperma prezervativi cıra bilər. Bunu 24.3-45.7 faiz kişilər unudurlar.

– Prezervativdə hava qalmamalıdır. Hava prezervativi cırır və nəticədə hamiləlik ortaya çıxa bilir.

– Çevirib taxmaq. Prezervativ bitibsə və sən ikinci səfər cinsi akta girmək istəyirsənsə, bunu prezervativi tərs üzünə çevirib etmək lazım deyil. Əks halda ata olmağa hazır ol.

– Tam tax. Kişilərin 8.8 faizi prezervativi sonadək penislərinə taxmırlar. Bu isə boşalma zamanı spermanın prezervativdən axmasına səbəb ola bilir.

– Əlinizlə açın. Dişiniz ilə prezervativi açmaq nə qədər ehtiras gətirən bir şey olsa da, siz prezervativi zədələyə bilərsiz.

– Yoxlayın. Prezervativi taxandan sonra onu yoxlayın. Adi bir deffektin nəticələri böyük ola bilər.

– Boşalandan sonra. Boşalandan sonra qadın nə qədər də desə ki, birazda içində qalsın razılaşmayın. Penis orqazmdan sonra zəifliyir və balacalaşdığı üçün sperma axa bilər.

– Təkrar istifadə. Təkrar istifadə kişilikdən deyil.

– İstifadə qaydası. 19 faizdən çox kişilər prezervativdən istifadə qaydasından xəbəri yoxdur. Mütləq istismar qaydaları ilə tanış olun.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın