Home / QİDA  / Kişilər kotletdən imtina etməz

Kişilər kotletdən imtina etməz

Nənələrin kotleti, anaların bizi sevindirmək üçün bişirdiyi kotletlər unudulmazdır. Kişilərin sözsüz ən sevimli yeməkləri siyahısına kotlet də daxildir. Çox nadir hallarda kotleti sevməyən kişiyə rastlaşmaq olduğu üçün biz sizlərə kotleti bişirmək qaydasını açıqlayacıq. Proses olduqca sadədir. Lazımdır:

kotlet

Nənələrin kotleti, anaların bizi sevindirmək üçün bişirdiyi kotletlər unudulmazdır.

Kişilərin sözsüz ən sevimli yeməkləri siyahısına kotlet də daxildir. Çox nadir hallarda kotleti sevməyən kişiyə rastlaşmaq olduğu üçün biz sizlərə kotleti bişirmək qaydasını açıqlayacıq. Proses olduqca sadədir.

Lazımdır: 0.5 kq mal ətinin farşı, 1 ədəd baş soğan, bir iki dilim çörək, 1 ədəd yumurta, un və yaxud xüsusi kotlet qızartması üçün qarışımlar, yağ, duz-istiot.

İlk öncə çörəyi istadırıq. Əgər evdə süd varsa çörəyi süd ilə istadın. Süd kotleti daha yumuşaq edəcək. Çörəyi istaddıqdan sonra farşı içinə ovalıyın, yumurta, duz-istiot əlavə edin. Soğanı yaxşı olar ki, blenderdə xırdalayasız, blender yoxdursa qorxusu yoxdu çalışın xırda doğruyasız. Soğanı da ətə əlavə etdikdən sonra farşı yaxşıca qarışdırın. Yaxşı olar ki, əllərinizlə qarışdırasız ki, bütün məhsullar yaxşıca qarışsın.

Tavanı qızdırın və yağı əlavə edin. Yağın seçimi artıq sizə qalır. Burada zeytun, qarğıdalı, günəbaxan və kərə yağından istifadə etmək olar, baxır siz hansını xoşlayırsınız. Ayrı bir qaba unu və yaxud xüsusi qarışımı tökün və farşdan hissə-hissə götürərək dairəvi şəkilə gətirib, una yaxşıca batırıb tavada qızartmağa başlayın. Yaxşı olardı ki, tava və yağ lazımı qədər qızmış olsun, əks halda kotletləriniz yapışa bilər.

Kotletin yanında əlbəttə ki, qızardılmış kartofun olması demək olar ki, mütləqdir. Bir iki kartofu yaxşıca yuyub və soyandan sonra, eyni zamanda başqa bir tavada qızarda bilərsiz. Nəticədə çox bir az zamanda dadlı nahar və yaxud şam yeməyi əldə edə biləcəksiniz.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın