Home / SAĞLAMLIQ  / Sağlamlığı dağıdan emosiyalar

Sağlamlığı dağıdan emosiyalar

Çin tibbinə görə insan orqanlarının nasazlığı, insanın idarə edə bilmədiyi emosiyalarının nəticəsidir. Yüksək emosiyalılıq ürəyə birbaşa təsir edir, hirs və narahatçılıq qara ciyəri sıradan çıxardır, qorxunun böyrəklərə təsir etdiyi halda, kədər və depressiya ağ ciyərlərə

emosiyalar

Çin tibbinə görə insan orqanlarının nasazlığı, insanın idarə edə bilmədiyi emosiyalarının nəticəsidir. Yüksək emosiyalılıq ürəyə birbaşa təsir edir, hirs və narahatçılıq qara ciyəri sıradan çıxardır, qorxunun böyrəklərə təsir etdiyi halda, kədər və depressiya ağ ciyərlərə mənfi təsir edir. Daim fikir edən insanların mədə və mədəaltı vəzilərinə ziyan vurur.

Misal üçün insan hirsləndiyi zaman orqanizmdə kimyavi proseslər gedir ki, birbaşa mənfi enerji qara ciyərdə toplaşır. Böyük sevinc, şad xəbər və yaxud əsəb ürək ətrafında mənfi enerji toplayır və nəticədə infarkta qədər gətirib çıxardır.

Qədim Çin tibbi bizi sakit olmağa çağırır, emosiyalarımıza nəzarət etməmizi məsləhət bilir. Adi hallarda emosiyalar insanın hadisələrə reaksiyasını özündə əks etdirir və bu xəstəlik yaratmır.

SEVİNC
Ənənəvi çin tibbində sevinc həyacanlanma və güclü emosiyalar siyahısına aid edilir. İnsan sevinc hissi keçirən zaman onun emosiyaları və ruhu yayılır. Böyük həcmdə sevinc insan ürəyinin fəaliyyətinə təsir edir. Həddindən artıq emosiyalar yuxusuzluğa, ümumi narahatçılığa, ürək döyüntülərinin tezləşməsinə gətirib çıxarda bilir.

HİRS
Hirs acıq etmək, əsəb, ruh düşgünlüyü kimi emosiyalarla bağlıdır. İlk öncə hirs qara ciyərdə mənfi emosiyalar yaradır. Baş ağrıları, baş gicəllənmələri kimi nəticələri vardır. Hirs keçmirsə təzyiqinizin yüksəlməsindən qaça bilməyəcəksiniz.

NARAHTÇILIQ
Narahat insanlar əsasən nəfəs problemləri ilə üzləşirlər. Beləki, narahatçılıq birbaşa ağ ciyərlərə təsir edir. Narahat olduğu zaman insanın nəfəs alması tezləşir, nəfəsi belə dayana bilir. Narahat insanlar bağırsaq probleəmləri ilə də üzləşirlər.

FİKİR
Fikir çin tibbinə görə intellektual və zehni stimulyasiyalarıdır. Böyük həcmdə zehni fəaliyyət tələb edən işlər orqanizmdə disharmoniyaya gətirib çıxarda bilir. Öd kisəsi ən çox bu fəaliyyətdən zərər alan orqandır. Zehni fəaliyyət getdikcə insanın yaşam enerjisini alacaq, xroniki yorğunluq və yuxusuzluq insanın canından çıxmayacaq.

KƏDƏR
İnsan kədərləndiyi zaman əksər hallarda ağlıyır bu zaman nəfəsində çətinliklər yaranır. Nəticədə uzun müddət kədərini boğa bilməyən insanlar ağ ciyərlərinə zərbə vururlar ki, nəticə olaraq bütün orqanizm zədələnir. Oksigenin insan orqanizminə mütləq olduğu məlumdur.

QORXU
Əgər xroniki və yaxud daimi xarakter daşımırsa qorxu normal emosiyadır. Lakin bu xroniki hal alıbsa birbaşa böyrəklərə təsir edir. Qorxu zamanı insanın sidiyə çıxmaq istəyi yüksəlir, əsasən də uşaqlarda enurezanın yaranmasına səbəb olur.

DİKSİNMƏK
Diksinmək qorxu ilə anidən olması ilə fərqlənir. Diksinmək hər şeydən öncə ürək fəaliyyətinə təsir edir. Diksinmələr xroniki hal aldığı zaman böyrəklərə də təsir edir.

Çin tibbi emosiyaların insan orqanizminə təsirini iddia edirlər. Lakin norma çərçivəsində olan emosiyaların orqanizmə təsiri müşahidə olunmur. Güclü emosiyalar daimi və ya xroniki hal alıblarsa bu zaman orqanizmə mənfi təsir edir, insanın yaşam enerjisi tükənir. Xəstəliklərə belə səbəb ola biləcək emosiyaları insan idarə etməyi bacarmalı, tarazlıq yaratmalıdır.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın