“12 il Köləlik” filmi Oskara layiq görülüb
Rejissor Stiv Makkuinin "12 il Köləlik" filmi 2013-cü ilin ən yaxşı filmi kimi "Oskar" mükafatına layiq görülüb. Mükafat üçün səhnəyə qalxanlar arasında özü Makkuini və Bred Pit var idi. "12 il Köləlik" filmi ilə bərabər mübarizəyə
Rejissor Stiv Makkuinin “12 il Köləlik” filmi 2013-cü ilin ən yaxşı filmi kimi “Oskar” mükafatına layiq görülüb. Mükafat üçün səhnəyə qalxanlar arasında özü Makkuini və Bred Pit var idi.
“12 il Köləlik” filmi ilə bərabər mübarizəyə “Amerikan sayağı fırıldaq”, “Kapitan Fillips”, “Nebraska”, “Filomena”, “Cazibə”, “Uolt-stritdən canavar”, “O”, “Dallas alıcılar klubu” filmləri qoşulmuşdur.
Gecədə “12 il Köləlik” filminin adaptasiya olunmuş senariyasına görə Con Ridli və filmdəki ikinci qadın roluna görə Lüpita Nionqo öz nominasiyalarında qalib gəlmişdirlər.
86-cı Oskar mükafatında ən çox heykəl (7) “Cazibə” filminə verilmişdir. Filmin rejissoru Alfonso Kuaron və operator Emmanuel Lübetski mükafata layiq görülmüşdürlər.
Ən yaxşı tammetrajlı cizgi filmi kimi “Soyuq ürək”, ən yaxşı xarici film kimi isə italiyalı rejissor Paolo Sorrentinonun “Uca gözəllik” filmi seçilmişdir. “20 Feet from Stardom” (“Ulduz olmaqdan 20 fut uzaqda”) filmi ən yaxşı sənədli film nominasiyasında qalib gəlmişdir.