Home / İDMAN  / Yaz gəldi, həyət idmanına start

Yaz gəldi, həyət idmanına start

Yaxşı hava şəraiti idmanla məşğul olmağa əsas səbəbdir. Təmiz havada idman sizi arıqlatacaq və sağlamlığınızı möhkəmləndirəcək. Velosiped Günəş kuçələri qurudur və bu səbəbdən istənilən velosipedə oturub gəzintiyə start verə bilərsən. Əsas o dur ki, 1 saat belə

velosiped

Yaxşı hava şəraiti idmanla məşğul olmağa əsas səbəbdir. Təmiz havada idman sizi arıqlatacaq və sağlamlığınızı möhkəmləndirəcək.

Velosiped
Günəş kuçələri qurudur və bu səbəbdən istənilən velosipedə oturub gəzintiyə start verə bilərsən. Əsas o dur ki, 1 saat belə gəzinti, hətta orta sürətlə (15 km/s) belə olsa da, 300-dən çox kalorini yandırır. Üstəlik ürək-damar sistemini möhkəmləndirəcəksən, xolesterini məhv etməklə yanaşı, orqanizmində yaranmış bütün toksinlərdən azad olacaqsan.

Həmçinin ayaq və yan əzələlərini məşq etdirmiş olacaqsan. Üstəlik günorta çağı velosipedə üz tutsan, günəş vannası gəbul etmək imkanın olacaq və bu da orqanizmə vacib olan D vitaminin mənbəyidir.

Qaçış
Velosiped yoxdu və ya ustaya ehtiyacınız var. Onda qaçış çıxış yoludur. Krossovkalarınızı geyinin və başlayın qaçmağa. 11 km/s sürətlə 1 saat qaçış 485 kaloriy yandırır. Lakin sürətivə diqqət yetir. Qışdan sonra marafonu fəth etmək mümkün deyil. Bu sadəcə idman mövsümünün açılışıdır və sən bunu istəsən də edə bilməyəcəksən.

Badminton
Badmintonu kişi idmanı hesab etmək çətin olsa da, qiymətləndirməmək mümkün deyil. Alimlər sübut ediblər ki, badminton əsəb sistemini normallaşdırır. Badminton bununla yanaşı məşq dözümlüyü yaradır. Kaloriy sərfi – 1 saata 300 kaloriy.

Rolik
Roliklər – velosipedə layiqli əvəzdir. Ayaq əzələləri ilə bərabər bel əzələlərini də möhkəmləndirir, piylərinizin də birbaşa düşmənidir. 1 saat gəzinti 200 kaloriy itkisinə səbəbdir.

Futbol
Dostlarla yığışın futbol oynayın. Bu idman stress atdırır, mənfi emosiyaları məhv edir, adrenalin və testosteronu artırır.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın