Home / QİDA  / 8 Mart yaxınlaşır, xanımlarınızın sevdiyi Paytaxt salatını hazırlayın

8 Mart yaxınlaşır, xanımlarınızın sevdiyi Paytaxt salatını hazırlayın

Beynəlxalq Qadınlar Günü yaxınlaşır. Bəzi kişilər təəssüfləndikləri halda, bəziləri bu günə hazırlaşır. Əsl kişilər ətrafında olan xanımlara, analara və bacılara hədiyyə axtarışındadırlar. Lakin uşaqlıq kitablarınız yadınıza düşsə görəcəksiz ki, o zamanlar bizlərə bu gündə kişilər xanımlar

paytaxt salati

Beynəlxalq Qadınlar Günü yaxınlaşır. Bəzi kişilər təəssüfləndikləri halda, bəziləri bu günə hazırlaşır. Əsl kişilər ətrafında olan xanımlara, analara və bacılara hədiyyə axtarışındadırlar.

Lakin uşaqlıq kitablarınız yadınıza düşsə görəcəksiz ki, o zamanlar bizlərə bu gündə kişilər xanımlar üçün nahar hazırlamalıdır kimi məntiqi öyrədirdilər. Bu məntiqi itirməyən hər kəsə paytaxt salatının hazırlanması qaydasını təqdim edirik.

Lazım olan: 1 balaca banka yaşıl noxud, 200 q ət (qoyun ya da mal əti, toyuğun döş əti də ola bilər), 3 ədəd yumurta, 3 ədəd kartof, 2 ədəd yerkökü, 2 balaca duzdu xiyar, 1 ədəd tər xiyar, 2-3 ədəd turp, keşniş, şüyüd, göy soğan, duz-istiot, xama ya da mayonez (50-50 hər ikisini qarışdıra da bilərsiniz).

Hazırlanması: İlk öncə yaşıl noxudun suyunu süzmək lazımdır. Noxud süzülənə qədər artıq kök, yumurta, kartof və salatın əti hazır olmalıdır. Hər şey hazır olandan sonra kartof, yumurta və yer kökü xırda dörd künc şəklində doğranılır. Salatı mətbəx taslarında hazırlayın. Kartof, yumurta və yer kökü doğradıqdan sonra, tər xiyar, duzdu xiyar, göyərtilər və turp xırda doğranılır və salata əlavə edilir. Bunları etdikdən sonra əti didin, didilmiş ət və süzülmüş yaşıl noxud salata əlavə olunur, duz-istiot vurulur.

Yekun olaraq mayonez və xama əlavə olunur və yalnız bu zaman salatı qarışdırmağa başlaya bilərsiz. Yaxşıca qarışdırıldıqdan sonra salatınız hazır olacaq. Nuş olsun!

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın