Home / SAĞLAMLIQ  / Sükan arxasında kökəlirlər

Sükan arxasında kökəlirlər

Sükan arxasında nə qədər çox vaxt keçirsəniz, bir o qədər sağlamlığınıza ziyan vuracaqsınız. Bunu növbəti dəfə Atlanta alimləri sübut ediblər. Atlanta alimlərinin apardığı araşdırmalarda 10 min könüllü iştirak etmişdir. Nəticədə sübut edilmişdir ki, sükan arxasında keçirilən

avtomobil ve kisi

Sükan arxasında nə qədər çox vaxt keçirsəniz, bir o qədər sağlamlığınıza ziyan vuracaqsınız. Bunu növbəti dəfə Atlanta alimləri sübut ediblər.

Atlanta alimlərinin apardığı araşdırmalarda 10 min könüllü iştirak etmişdir. Nəticədə sübut edilmişdir ki, sükan arxasında keçirilən hər 30 dəqiqə artıq çəkinin yaranmasına səbəb olur, hətta piylənməni 3% artırır. Bildiyiniz qədər insan gün ərzində norma çərçivəsində 8 km gəzməlidir. Gəzərək bütün əzələlərinizi hərəkətə gətirirsiz, qan dövranınızı yaxşılaşdırmış olursuz.

Əgər siz gün ərzində 1-2 km belə gəzmirsiz isə, yəni hətta maqazinə belə avtomobilinizlə gedirsiniz isə bu zaman 3% piylənmə hətta 7%-dək yüksələ bilər. Buna görə də tənbəllik etməyin gün ərzində 1-2 km belə olsa gəzmək lazımdır.

Dostlarınızla çayxanada oturmaqdansa, onlarla parkda gəzin. Sevgilinizi və ya xanımınızı yanınıza alın və bulvar boyu, uzaqdırsa yaxın parklarda gəzin. Əgər bu iki variant da sizə uyğun deyilsə, bu zaman ananız ilə gəzintiyə çıxa bilərsiz. Əgər gəzməyi sevmirsizsə çıxış yolu qaçış trenajorudur.

Məsələn, ABŞda aparılan sorğunun nəticəsində bəlli olub ki, insanlar avtomobildən həddsiz çox istifadə edirlər. Beləki, sorğuda iştirak edənlərin 91% şəhərdə yalnız avtomobillə hərəkət edirlər və gün ərzində sükan arxasında 1,5-2 saat zaman keçirirlər. Heç də təəccüb deyil ki, ABŞda piylənmədən əziyyət çəkənlərin sayı gündə artır.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın