Home / İDMAN  / Fitnes başlayanlar üçün

Fitnes başlayanlar üçün

Trenajor zalına getməyə hazırsan? Təbriklər, hazır olmaq - görüləcək işin yarısıdır. Lakin məşq etmək seks kimi bütöv bir elmdir. Qavramasan zalda gülünc görsənəcəksən və zədə almaq riskin artacaq. Biz başlayanlar üçün bir neçə məsləhətlər hazırlamışıq. Məsləhətlərə

Marco Ovando

Trenajor zalına getməyə hazırsan? Təbriklər, hazır olmaq – görüləcək işin yarısıdır. Lakin məşq etmək seks kimi bütöv bir elmdir. Qavramasan zalda gülünc görsənəcəksən və zədə almaq riskin artacaq.

Biz başlayanlar üçün bir neçə məsləhətlər hazırlamışıq. Məsləhətlərə fikir verin, vacib olanı bilməyin ziyanı yoxdur.

İlk məşq: Təkrarlar və yanaşmalar.

Bütün məşqlər dünyada bir sistem ilə keçirilir – təkrarlar və yanaşmalar. El dili ilə desək, əgər turniketdə çəkinirsənsə, bunu bir neçə dəfə etmək lazımdır. Eyni ilə digər məşqlər də. Ən çox yayılmış standart 10 təkrarlama ilə 3 yanaşma. Bu sistem ilk öncə əzələləri isidir sonra bərkidir və nəhayət inkişaf etdirir.

İlk məşq: Tək və kompleks məşqlər.

Məşqlər iki qrupa bölünür – tək və kompleks. Birincilərə müəyyən əzələ qruplarının inkişafı aiddir. İkincinin adı isə özü özünə deyir. Bitsepslərinizi tez bir zamanda inkişaf etdirmək istəyirsiniz isə tək məşqlərdən istifadə edin. Əgər zamanla əzələlərinizi saz vəziyyətə gətirmək istəyirsiniz isə kompleks məşqlərə müraciət edin.

İlk məşq: Çəki.

Təzə məşqə başlayanlar daha ağır çəkilərdən istifadə etməyə can atırlar. Nəticədə tez haldan düşürlər və səhərisi gün yataqdan ağrıdan qalxa bilmirlər. Əvəzində 10 təkrarlama ilə 3 yanaşmaya imkan verən çəkilərdən istifadə etməyiniz məsləhət bilinir. Zamanla çəkini və yanaşmaları artıra bilərsiz.

Ağrılardan qorunmaq üçün öz çəkinə bərabər çəkilərlə məşq etmək lazımdır. Jim, brus, pres, turnik, çömbəlmək sizə ağrılardan azad olmağa kömək edəcək.

İlk məşq: Məşqçi.

Əgər yuxarıdakılar sizə çox qarışıq gəlirsə məşqçinin köməyindən istifadə edin. Düzdür bu pul tələb etsə də, məşqçi sizə düzgün məşq etməyi öyrədəcək.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın