Home / XƏBƏRLƏR  / Səudiyyə Ərəbistan alimləri müsəlmanlar üçün teleskop icad ediblər

Səudiyyə Ərəbistan alimləri müsəlmanlar üçün teleskop icad ediblər

Səudiyyə Ərəbistan və Böyük Britaniya alimlərindən ibarət bir qrup fiziklər radioteleskop icad ediblər. Bu radioteleskop vasitəsi ilə dəqiq olaraq ayın müşahidəsi aparıla biləcək. Alimlərin fikirlərinə görə bu teleskop müşahidə aparılması çətin olan zaman müsəlmanlara kömək

ay

Səudiyyə Ərəbistan və Böyük Britaniya alimlərindən ibarət bir qrup fiziklər radioteleskop icad ediblər. Bu radioteleskop vasitəsi ilə dəqiq olaraq ayın müşahidəsi aparıla biləcək. Alimlərin fikirlərinə görə bu teleskop müşahidə aparılması çətin olan zaman müsəlmanlara kömək olacaq və təqvimdə sürüşmələrin qarşısını alacaq.

Avadanlıq haqqında Monthly Notices of the Royal Astronomical Society yazmış, New Scientist qısa izahatını vermişdir. Teleskop 1-100 GHz diapozonunda işləyir. Ən yaxşı tezlik kimi 10 GHz qəbul olunmuşdur. Məhz bu tezlikdə hava şəraitindən asılı olmayaraq ayı tam dəqiq müşahidə etmək mümkündür.

İslam təqvimində ayın ilk günü yeni ay müşahidə olunanda hesab olunur. Bunun üçün hər islam ölkəsində müstəqil müşahidəçilər var və iki nəfərin müşahidəsi kifayət edir. Lakin havalar tutqun olan zaman sürüşmələr baş verir ki, nəticədə bəzi dini bayramlar müxtəlif ölkələrdə müxtəlif günlərdə qeyd olunur. Bu icad məhz bu anlaşılmazlığı aradan qaldırmaq üçündür.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın