Home / QİDA  / Şokoladlı keks

Şokoladlı keks

Bu gün 8 martdı və sizlər keks bişirməyə cəht edə bilərsiz. Şokoladın əhval ruhiyyənin qaldırdığını nəzərə alaraq bu gün sizlərə məhz şokoladlı keksin hazırlanmasından söhbət açacıq. Yəgin hər evdə keks bişirmək üçün xüsusi qablar vardır. Əgər

shokoladli keks

Bu gün 8 martdı və sizlər keks bişirməyə cəht edə bilərsiz. Şokoladın əhval ruhiyyənin qaldırdığını nəzərə alaraq bu gün sizlərə məhz şokoladlı keksin hazırlanmasından söhbət açacıq.

Yəgin hər evdə keks bişirmək üçün xüsusi qablar vardır. Əgər yoxdursa çox baha deyil yaxınlıqda olan bütün böyük marketlərdən tapa bilərsiniz. Marketə getmişkən aşağıdakıları da alın:

=1 paket şokolad;
=1 yemək qaşığı marqarin;
=3 ədəd yumurta;
=1,5 su stəkanı toz şəkər;
=1 paket vanil;
=1 paket qabartma tozu;
=1 su stəkanı duru yağ;
=1 su stəkanı qatıq;
=1 çay qaşığı darçın;
=3 su stəkanı un.

Artıq evə döndükdən sonra keçin mətbəxə və keksi hazırlamağa başlayın.
Geniş bir qabın içində yumurtalarla şəkəri yaxşıca mikserlə çırpın. Ayrı bir yerdə unu, qabartma tozunu, vanil və darçını qarışdırın. Yumurtalara qatıq və duru yağ əlavə edib qarışdırın və un ilə olan qarışığı üzərinə əlavə edin. Artıq tam qarışıq əldə edəndən sonra keks qabını sobada biraz qızdırın. İsti keks qabını yaxşıca yağlayıb, içinə qarışımı əlavə edin və artıq isidilmiş sobada 180 dərəcədə bişirin.

Keksin üstü artıq qızarılıbsa diş çöpü ilə yoxlayın. Beləki,əgər çöp üzərində xəmir qalmırsa bu zaman keksiniz hazırdı. Keks hazır olanadək şokoladı hazırlayın. Onun hazırlanma qaydası paketinin üzərində yazılır. Keksi sobadan çıxardandan sonra üstünə şokoladı əlavə edin və soyumasını gözləyin. Nuş olsun.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın