Home / SAĞLAMLIQ  / İmpotensiya

İmpotensiya

Erektil pozulma - sağlamlığın ən böyük problemlərindən biridir, digər xəstəliklərə zəmindir. Bu səbəbdən erektil pozulması dünyada ən çox araşdırılması tələb olunan xəstəliklərdən biridir. İmpotensiya (ereksiya pozuntusu) ya da erektil pozulma - kişilərdə ereksiya və ereksiya dözümlülüyünün

Импотенция

Erektil pozulma – sağlamlığın ən böyük problemlərindən biridir, digər xəstəliklərə zəmindir. Bu səbəbdən erektil pozulması dünyada ən çox araşdırılması tələb olunan xəstəliklərdən biridir.

İmpotensiya (ereksiya pozuntusu) ya da erektil pozulma – kişilərdə ereksiya və ereksiya dözümlülüyünün olmamasıdır, bu isə kişinin qadının cinsi orqanına daxil olmasında problemlər yaradır və keyfiyyətli seksin olmamasına səbəb olur.

Təəssüflər olsun ki, seksual pozğunluqlarla mübarizə cəmiyyətdə böyük büsat almamışdır. Kişilər ilk öncə daha “vacib” məsələləri həll edirlər və sonradan kişilər seksual pozuntuların orqanizmlərində niyə baş verdiyini anlamırlar.

Normal erektil funksiya damar, nevroloji, hormonal və psixoloji faktorları tələb edir. Bu faktorların hər hansı birinə müdaxilə erektil pozutuya səbəb olur.

Sübut olunub ki, orqanik səbəblər erektil pozuntuya daha çox səbəb olur, nəinki psixoloji. Damar pozuntuları əksər etiolojik səbəblərdən biridir (70%). Həmçinin dərman preparatları və kiçik çanaq əməliyyatları – 10%, nevroloji pozuntular – 5%, endokrinoloji səbəblər – 4% və zədələr – 1% təşkil edir.

Psixoloji səbəblərə uğursuzluğun qorxusu, seks tərəfdaşları arasında problemlər, depressiya və ya digər psixoloji problemlər aid edilir. Tibbin inkişafına baxmayaraq, 70% erektil pozuntuların səbəbi müəyyən olunmur və yalnız 12% xəstələr müalicəyə müraciət edirlər.

Düzgün diaqnozun qoyulması üçün həkimin bu xəstəlik haqqında geniş məlumatı olmalı,problemi anlamalı və müasir avadanlıqlardan istifadə etməlidir.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın