Home / XƏBƏRLƏR  / “Lego”dan klaviatura yığılıb

“Lego”dan klaviatura yığılıb

"Lego" sevən Ceyson Alleman (Jason Allemann) onun detallarından kompüter klaviaturasını yığıb. Klaviatura tam işləkdir və əksər funksiyalar aktivdir. Zəmin olaraq Alleman PS/2 çıxışlı klaviatura götürmüşdür. Klaviaturanın platası, kauçuk plastinası və kabeli istifadə edilmişdir. Yerdə qalan detallar

'lego'dan klaviatura

“Lego” sevən Ceyson Alleman (Jason Allemann) onun detallarından kompüter klaviaturasını yığıb. Klaviatura tam işləkdir və əksər funksiyalar aktivdir.

Zəmin olaraq Alleman PS/2 çıxışlı klaviatura götürmüşdür. Klaviaturanın platası, kauçuk plastinası və kabeli istifadə edilmişdir. Yerdə qalan detallar “Lego”nun detallarından hazırlanmışdır.

“Lego”dan klaviaturanın korpusu, düymələri hazırlanmışdır. Alleman deyir ki, ən çətini düymələrin düzülüşü olmuşdur. Onları kauçuk plastinalara uyğun düzmək olduqca çətin olub. Düymələr karkasda bərkidilmişdir. Karkası Alleman “Lego” maşınlarından düzəldib.

Alleman simvol və rəqəmləri əllə yazmamış və xüsusi yapışqanlardan istifadə etməmişdir. Simvol və rəqəmləri Alleman “Lego”nun özündən axtarıb tapmışdır. Bəzi funksional düymələrin əvəzinə özünün fikirləşdiyi işarələri qoymuşdur. Misal olaraq, Caps Lock düyməsinin əvəzinə beysbol papağı, Scroll Lock düyməsinin əvəzinə burulmuş kağız işarəsindən istifadə etmişdir və bu işarələr də “Lego”dan götürülmüşdür.

Ceyson Alleman “Lego”dan müxtəlif konstruksiyaları 2005-ci ildən hazırlayır.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın