Home / İDMAN  / Yan əzələlərinizi ev şəraitində məşq edin

Yan əzələlərinizi ev şəraitində məşq edin

Bütün kişilər bilir ki, qadınlar kişilərin məhz yanlarından xoşlanıb, ehtiraslanırlar. Sizin trenajor zalına getməyə imkanınız yoxdur? Lakin sallanmış yan əzələlərinizdən utanırsınız, kompleksiniz var? Onda sizə təqdim etdiyimiz məşqləri trenajor zalına getmədən evdə yerinə yetirə bilərsiniz. Lakin

yan məşqləri

Bütün kişilər bilir ki, qadınlar kişilərin məhz yanlarından xoşlanıb, ehtiraslanırlar. Sizin trenajor zalına getməyə imkanınız yoxdur? Lakin sallanmış yan əzələlərinizdən utanırsınız, kompleksiniz var? Onda sizə təqdim etdiyimiz məşqləri trenajor zalına getmədən evdə yerinə yetirə bilərsiniz.

Lakin unutmayın ki, bütün məşqləri tam düzgün yerinə yetirmək lazımdır. Əks halda güc ayaqlara düşəcək və zədələnə bilərsiz.

Məşq №1. Ayaqlarıvızı yelləyin. Bu məşq yan əzələlərinizə düzgün forma verməsinə kömək edəcək. Bu məşqə başlamazdan əvvəl topuqlarınıza ağırlıq bağlayın. 200 qr ağrılıqdan başlayın və zamanla 1200 qr-a qədər artırın. Divara doğru durun, əllərinizi önə uzadaraq divara söykənin və ayaqlarınızı yelləməyə başlayın. Əsas odur ki,ağırlıq bud əzələlərinizə düşsün. Hər ayaq üçün 3-4 yanaşma, 10-12 təkrarlama yerinə yetirin.

Məşq №2. Yan uzanaraq ayaqlarınızı yelləyin. Sol yanınıza uzanın, sol əlinizlə özünüzə dəstək verin və ayaqlarınızı yelləməyə başlayın. Ayaq yüksəkdə olan zaman dabanınız başınızla eyni səviyyədə olmalıdır. Bu vəziyyətdə bir neçə saniyə qaldıqdan sonra asta ilkin vəziyyətə qayıdın. Hər ayaq üçün 3-4 yanaşma, 10-12 təkrarlama yerinə yetirin.

Məşq №3. Dörd ayaq durun və ayağlarınızı bu vəziyyətdə yelləyin. Dörd ayaq durun dirsəklərinizlə özünüzə dayaq olun. Bu vəziyyətdə ayaqlarınızı növbə ilə biraz qaldıraraq yerlə paralel açın. Hər ayaq üçün 3-4 yanaşma, 10-12 təkrarlama yerinə yetirin.

Məşq №4. Çömbəlmək. Yeni başlayanlara sadə çömbəlməkdən istifadə etmələri məsləhət bilinir. Lakin artıq praktikası olanlar müxtəlif ağırlıqlarla bunu etməlidirlər. Ayaqlarınızı maksimal çömbələ biləcəyiniz enlikdə açın. Maksimal çömbəlməyə çalışın. 3-4 yanaşma, 10-12 təkrarlama yerinə yetirin. Sonradan artıra da bilərsiz. Bu məşq yan əzələlərin ümuiyyətlə yaranmasına kömək edir. Gərək nəsə olsun ki, ona forma verəsiniz.

Məşq №5. Yan üzərində gəzmək. Bu məşq yan əzələlərinizi elastik etməyə kömək edəcək. Yerdə oturun ayaqlarınızı uzadın və yan əzələlərinizin köməyi ilə gəzin.

Məşq №6. Topla məşq. Bu məşq yan əzələləri ilə bərabər bud əzələlərinizi də bərkidəcək. Oturacağın qırağına oturun və dizləriniz arasında topu saxlayın. Bud əzələlərinizi gərginləşdirərək topu 30 saniyə sıxın. Məşqi 6-7 dəfə yerinə yetirin.

Məşq №7. Körpü. Beliniz üstündə uzanın. Ayaqlarınızı maksimal qatlayın, dabanlarınız maksimal yanınıza yaxın olsun. Əllərinizlə özünüzə dayaq verərək, çanağınızı elə qaldırın ki, yanınız, budlarınız və beliniz bir xətt əmələ gətirsinlər. Məşq zamanı yan əzələlərinizi maksimal gərginləşdirin. Bu vəziyyətdə bir neçə saniyə durduqdan sonra asta ilkin vəziyyətə qayıdın. Bu məşqi 3-4 yanaşma, 10-12 təkrarlama ilə yerinə yetirin.

Məşq №8. Yerində yellənmək. Yerdə oturun ayaqlarınızı maksimal yığın və əlləriniz ilə qucaqlayın. Yan əzələləriniz üzərində bir sağa bir sola yellənin. Beliniz məşq zamanı düz olmalıdır. 60-70 yellənməni yerinə yetirin. Məşq sadə olsa da, olduqca effektivdir.

Bu məşqləri həftədə 3 dəfə yerinə yetirin və sizin yan əzlələriniz məşq edilmiş, elastik və qadınların diqqətini cəlb edən olacaq.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın