Home / SAĞLAMLIQ  / Siqaretin insan orqanizminə ziyanı

Siqaretin insan orqanizminə ziyanı

Siqaret çəkmək - ən çox yayılmış vərdişdir ki, insan orqanizminə böyük zərər gətirir və gələcək fəaliyyətinə maneə törədir. Siqaretdən sağlamlıq naminə imtina edilməlidir. Bu günə qədər siqaretdən azad olmağın müxtəlif üsulları araşdırılmış və ictimaiyyətə təqdim olunmuşdur.

Siqaret və Sağlamlıq

Siqaret çəkmək – ən çox yayılmış vərdişdir ki, insan orqanizminə böyük zərər gətirir və gələcək fəaliyyətinə maneə törədir. Siqaretdən sağlamlıq naminə imtina edilməlidir.

Bu günə qədər siqaretdən azad olmağın müxtəlif üsulları araşdırılmış və ictimaiyyətə təqdim olunmuşdur. Lakin ziyanın nə qədər böyük olduğunu insan dərk etməsə siqaretdən imtina edə bilməyəcək. Sizlərə siqaretin verdiyi ziyandan söz açırıq.

Siqaret sağlamlığa ziyandır. Hər il dünyada siqaretin səbəbkar olduğu xəstəliklərdən beş million insan dünyasını dəyişir!

Siqaret arteriyaları tutur və ürək xəstəliklərinə gətirib çıxarda bilir. Siqaret çəkənlərin ürək döyüntüləri sağlam insandan 15000 döyüntü çoxdur. Damarların sıxılması nəticəsində oksigen qidalanması aşağıdır.

Siqaret çəkmək nəfəs orqanlarının xəstəliyinə gətirib çıxardır. Pnevmoniya, xroniki bronxit və emfizema.

Tütün və tütün tüstüsü 3000 kimyəvi birləşmələrdən ibarətdir ki, 60-dan çoxu kanseroqendir. Beləki kanseroqen birləşmələr qenetik hüceyrələri zədələyə bilir, xərçəng şişlərinin yaranmasına səbəb olur. Artıq sübut olunub ki, siqaret ağ ciyər xərçənginin yaranmasında 90% kimi yüksək ehtimala malikdir.

Siqaret çəkmək göz zəifliyinə gətirib çıxardır. Alimlər neçə illərdir ki, bu barədə fərziyələr irəli sürüblər və müasir texnologiyaların köməyi ilə bu sübut olunmuşdur. Siqaretin tərkibində olan maddələr görmə qabiliyyətinə zərər vura bilərlər. Bu maddələr gözdə gedən qan dövranının ritmini poza bilərlər. Hər bir siqaret çəkənin görmə qabiliyyətini itirmək riski vardır.

Elə xəstəliklər var ki, sırf siqaret səbəbkar olur. Misal üçün ayaq damarlarının tutulması. Damarlar tutulur və qan dövranı pozulur. Hətta ən pis halda ayağın amputasiyası istisna olunmur. Ancaq Rusiya Federasiyasında ildə 20 min siqaret düşkünün ayaq amputasiyası əməliyyatı keçirilir.

Kliniki araşdırmalar nəticəsində məlum olub ki, siqaret çəkənin dərisi, çəkməyənin dərisində daha tez qocalır. Məsələn sübut olunmuşdur ki, 40 yaşlı siqaret çəkən bir insanın dərisi 70 yaşlı siqaret çəkməyən insanın dərisi ilə eyni struktura malik ola bilir.

Siqaret çəkən kişilərdə impotensiyaya 3 dəfə çox rastlanılır. Beləki, nikotin cinsi orqanların damarılarını yığır.

Siqaret fiziki sağlamlıqla yanaşı, psixolojı təsirlərə də malikdir. Siqaret çəkənlər daha əsəbi olurlar. Nəticədə insan psixolojı tarazlığını itirir, hər xırda hala görə özündən çıxa bilir.

Bu hamısı deyil. Sizcə siqaret çəkmək sizə lazımdır?

Siqaret çəkmək beyin fəaliyyətinə mənfi təsir göstərir. Siqaret çəkmək reaksiyaları yavaşlatır, onları daha aydın edir. Diqqəti zəiflədir, intellekti aşağı salır. Əgər sizin peşəniz diqqət tələb edirsə, siqaret sizin əmək fəaliyyətinizə mənfi təsir göstərir, diqqətinizi cəmləyə bilmirsiz.

Alimlər müəyyən etmişdirlər ki, siqaret çəkmək elektroensefaloqramda dəyişikliklərə səbəb olur və nəticədə beyin hüceyrələrinin bioelektrik aktivliyi azalır. Alman şairi Göte deyirdi: “Siqaretdən kütləşirsən. Yaradıcılıq və siqaret uyuşmur.”

Siqaret çəkməyin zərəri ölçülməyəndir. Fiziki və psixoljı təsirlərdən səvai bu vərdişdən imtina etmək üçün bir çox səbəblər vardır:

– Səhərlər ağızda acılıq, sarı dişlər, ağızdan və saçlardan gələn pis qoxu.

– Yuxusuzluq. Siqaret çəkənlər daha pis yuxuya malikdirlər.

– İy və dad hisslərini öldürür. Bu hissiyatlar siqareti buraxandan xeyli sonra qayıdır.

– Siqaret çəkənlər ətrafdakılara böyük ziyan vururlar. Beləki, passiv siqaret çəkənlərin ölüm sayı ildə 600 min təşkil edir və bunların əksəriyyəti uşaqlardır.

– Siqaret yanğın səbəblərindən biridir.

– Siqaret pul xərcidir. İldə siqaretə nə qədər pul xərclədiyinizi hesablayın. Bəli, bu pula daha faydalı bir şeylər əldə etmək olar.

– Siqaret zaman itgisidir. Orta hesablamalara görə siqaret çəkənlər ildə 10-15 sutka zaman itgisinə yol verirlər. Hesablaya da bilərsiz orta siqaret çəkən insan gündə 20 siqaret çəkir. Hər siqaretə 3 dəqiqə vaxt ayırsa günə 1 saat, ilə 365 saat edir.

Bu səbəbləri oxuyan hər bir kəs siqaretdən uzaq olmalıdır. Üstəlik siqaret hər il bahalaşır, pulunuza, sağlamlığınıza hörmət edin!

info@idol.az

Qiymətləndir

Şərh yazın