Home / XƏBƏRLƏR  / Facebook Oculus-u 2 mlrd dollara alır

Facebook Oculus-u 2 mlrd dollara alır

Facebook sosial şəbəkənin təmsilçiləri Oculus şirkətinin alınması barəsində elan veriblər. Virtual Reality Texnologiyaları ilə məşğul olan Oculus-u Facebook nə az, nə çox 2 mlr dollara əldə edəcək, Agence France-Presse məlumat verir. Qeyd olunur ki, Facebook Oculus

oculus vs facebook

Facebook sosial şəbəkənin təmsilçiləri Oculus şirkətinin alınması barəsində elan veriblər. Virtual Reality Texnologiyaları ilə məşğul olan Oculus-u Facebook nə az, nə çox 2 mlr dollara əldə edəcək, Agence France-Presse məlumat verir.

Qeyd olunur ki, Facebook Oculus texnologiyalarını yalnız virtual oyunlarda yox, təhsildə, kommunikasiya sahələrində tətbiq etməsi gözlənilir. Misal üçün dünyanın istənilən yerində virtual dərslərdə iştirak etmək imkanı, evdə oturaraq hər hansı bir matçda real özünü hiss etmək və sair bu kimi imkanları Facebook özünə hədəf qoymuşdur.

Sazişə əsasən, ödəmə 400 mln dollar nağd şəkildə və 23,1 mln Facebook aksiyası şəklində həyata keçiriləcək. Hal-hazırda 1 Facebook aksiyası 64 dollara ekvivalentdir.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın