Home / QİDA  / Kişilər üçün ziyan olan ərzaqlar

Kişilər üçün ziyan olan ərzaqlar

Kişi orqanizmi üçün düzgün qidalanmaq vacib məsələlərdən biridir. Son araştırmalar göstərir ki, bəzi ərzaqlar güclü cinsin nümayəndələrini xəstəxanalıq edə bilər və bu səbəbdən bu ərzaqlar rasiondan çıxarılmalıdır. Kişilərin ən birinci düşməni kimi qızardılmış ət göstərilir. Onun

ziyan qida

Kişi orqanizmi üçün düzgün qidalanmaq vacib məsələlərdən biridir. Son araştırmalar göstərir ki, bəzi ərzaqlar güclü cinsin nümayəndələrini xəstəxanalıq edə bilər və bu səbəbdən bu ərzaqlar rasiondan çıxarılmalıdır.

Kişilərin ən birinci düşməni kimi qızardılmış ət göstərilir. Onun qızarmış üstündə kanseroqenlər zəngin olduğundan, onkoloji və ürək-damar xəstəliklərinin yaranmasına əsas olur, xolesterinin səviyyəsini orqanizmdə artırır. Sonra yumurta gəlir. Beləki, qayğanaq 60% yağlardan ibarətdir və hər bir yumurtada minimum 200 mq xolesterin olmaqdadır. Qayğanaq qanda xolesterinin səviyyəsini artırır, yüksək xolesterin isə ateroskleroza və erektil pozuntulara gətirib çıxardır.

Ət məhsulları və əridilmiş pendir tərkibində kanseroqen və nitrozamin daşıyıcılarıdırlar. Bu maddələr sperma aktivliyinə, qanda kişi hormonlarına zərbə vururlar ki, sonda sonsuzluğa qədər nəticələr ola bilir. Həmçinin nitrozamin beyin zəifliyinə də səbəb olur.

İctimai sağlamlıq Harvard məktəbinin araşdırmacıları belə qənaətə gəliblər ki, qidada hazır ət məhsullarından istifadə ürək-damar və şəkər xəstəliklərinə səbəb olur. Bu qənaətə onlar 1600 araşdırmanın incələdikdən sonra gəliblər. Araşdırmanın nəticəsində qeyd olunur ki, hər 50 qr hazır ət məhsulunda (məsələn bir sosisdə) ürək xəstəliyi tutma riski 42%, şəkər xəstəliyinə isə 19% çox tutulma riski vardır.

Bu hələ riskli ərzaqların tamı deyil. Şəkər və şəkər tozu da araşdırmacılara görə kişi rasionundan çıxarılmalıdır. Şəkərdən kişilər yağdan olduğu kimi tez kökəlirlər. Kişilər unutmayın ki, bir şəkər molekulundan orqanizmdə iki yağ molekulu yaranır. Bu orqanizmin böyük həcmdə qlükoza tələbindən irəli gəlir.

Ərzaqları nə ilə əvəz etmək olar:

Qızardılmış ət – yağlı dəniz balığı ilə. Balıq omeqa-3 daşıyıcısıdır. Omeqa-3 xolesterini orqanizmdən çıxardır, xərçəng hüceyrələrinin artmasının qarşısını alır.

Qayğanaq – yulaf ilə. Yulaf pis xolesterinin səviyyəsini aşağı salır və bununla da damarları qoruyur.

Kolbasa – dəniz məhsulları və göbələk ilə. Midiya və bu nəsildən olan dəniz məhsullarının tərkibində sink bol olduğundan kişi spermasını daha hərəkətli və sürətli edir, sayını artırır. Göbələk B vitamin qrupu ilə zəngin olduğundan əsəb sisteminə kömək olur, xərçənglə mübarizədə immuniteti gücləndirir.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın