Home / GÖRKƏM  / Ayaqqabının genişləndirilməsi: təzə ayaqqabı sıxırsa

Ayaqqabının genişləndirilməsi: təzə ayaqqabı sıxırsa

İnterntet üzərindən və ya endirim bazarlarında ayaqqabı alarkən ölçüdə səhv buraxmaq imkanı həmişə vardır. Yeni ayaqqabının sizə ağrı, diskomfort yox, sevinc bəxş etməsini istəyirsiniz isə onda aşağıdakı ayaqqabı genişləndirmə üsullarından istifadə edin. Bəri başdan qeyd edək

Ayaqqabı genişlənməsi

İnterntet üzərindən və ya endirim bazarlarında ayaqqabı alarkən ölçüdə səhv buraxmaq imkanı həmişə vardır. Yeni ayaqqabının sizə ağrı, diskomfort yox, sevinc bəxş etməsini istəyirsiniz isə onda aşağıdakı ayaqqabı genişləndirmə üsullarından istifadə edin.

Bəri başdan qeyd edək ki, bu üsullar dəri ayaqqabılar üçün nəzərdə tutulub. Sintetik ayaqqabıları genişləndirmək daha çətindir. Ayaqqabını uzununa yox, yalnız eninə genişləndirmək olar. Əgər barmaqlarınız dirənirsə, bu zaman ayaqqabınızı satın.

Genişlənmədən sonra ayaqqabı həssas olur. Bu ayaqqabıya xüsusi baxım lazımdır, daim kremlənməli, təmizlənməlidir.

Əgər diskomfort cüzidirsə, dərhal genişləndirməyə can atmayın. Bir neçə günə ayaqqabı özü onsuzda ayağa görə genişlənəcək.

Üsul 1: su

İsti suda pambıq corablarınızı istadın, geyinin və üstündən təzə ayaqqablarınızı, corablar qurayanadək və bezənədək belə gəzin. Prosedurdan sonra ayaqqabılarınızın içinə qəzet doldurun ki, nəmliyi götürəsiniz.

Üsul 2: kimya

Böyük ayaqqabı mağazalarında ayaqqabı genişləndirici xüsusi vasitələr satılır. Əsasən sprey olan vasitələri ayaqqabının içinə vurulur və ayaqqabı geyinilib biraz gəzilir. Kimyavi vasitələr daha tez təsirə malik olsalar da ayaqqabı rəngini itirə bilər.

Üsul 3: dondurulma

Polietilen paketə su doldurun (yaxşı olar ki, bu zaman iç-içə bir neçə paketdən istifadə edəsiniz) və paketi ayaqqabının içinə qoyub soyuducunun dondurucu kamerasına yerləşdirin. Fizikadan bilirik ki, su donanda həcmi artır, paketlərin etibarlığı isə sizin boynunuzda qalır.

Üsul 4: alətlər

Ayaqqabı dükanlarında və ya eBay-da xüsusi ayaqqabı yastıqları satılır. Əsasən taxtadan olan yastıqlar iki hissədən ibarət olurlar və genişlənmə mexanizmlərinə sahib olurlar.

Unutmayın ki, siz həmişə ayaqqabını genişləndirəndə onun möhkəmliyinə diqqət yetirməlisiniz. Əgər ayaqqabınız nazik dəridən hazırlanıbsa onu zədələmək riski böyükdür.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın