Home / İDMAN  / Su və məşqlər: su niyə vacibdir

Su və məşqlər: su niyə vacibdir

İnsanlar 60%, əzələlərimiz isə 75-80% sudan ibarətdir. Su həyat fəaliyyətinin bütün proseslərində vacib rol oynayır: bədən temperaturunu normada saxlamasından əzələ artımına kimi. Məşq zamanı ən böyük energetik rolunu oynayan qlikoqenin 3/4 hissəsi sudan ibarətdir. Su

Bodibildinq və Su

İnsanlar 60%, əzələlərimiz isə 75-80% sudan ibarətdir. Su həyat fəaliyyətinin bütün proseslərində vacib rol oynayır: bədən temperaturunu normada saxlamasından əzələ artımına kimi. Məşq zamanı ən böyük energetik rolunu oynayan qlikoqenin 3/4 hissəsi sudan ibarətdir. Su çatışmamazlığı zülal və karbohidrat həzmini yavaşlatdığından əzələ artımına mənfi təsir göstərir.

Sözgəlişi deyək ki, böyrəklərdə daşın yaranmasının səbəbi məlum deyildir. İdman təəssüf olaraq kömək olmur. Nəzəriyyələr çoxdur və onlar 100% xəstəlikdən qorumur. İtaliya alimləri diqqət ediblər ki, böyrək daşlarından əziyyət çəkənlərin əksəriyyəti isti yerlərdə işləyənlərdir. Görünür isti su dövranını pozur və böyrək daşlarının yaranmasına səbəb olur. Çoxlu su içmək lazımdır! Bodibilderlərə birbaşa aiddir. Məşq zamanı güc stressinə deqidrasiya stressi əlavə olunur. 3-5 ilə böyrək daşlarının yaranması mümkündür.

Bunun baş verməməsi üçün suyu idman zalında için. Hər 15-20 dəqiqədən bir 3-4 qurtum təmiz su için. Dietoloqların sözlərinə görə insanların yalnız 34% gündəlik su normasını qəbul edirlər. 8% insan ümumiyyətlə gün ərzində su əvəzinə kofe, kola və ya pivə qəbul edir. Suyun qəbuluna mütləq fikir vermək lazımdır. Suyun miqdarı ilə bərabər onun keyfiyyəti də önəmlidir.

Beləki, kran suyu içilməz. Onun tərkibi orqanik və qeyri-orqanik sink, kaliy, maqniy, qurğuşun və sair qarışımlardan ibarətdir. Bunlar əzələ biokimyasına qarışırlar və onun artımına maneə törədirlər. Az da olsa bu problemi suyu qaynadıb durultmaq həll edir. Lakin yaxşı olardı ki, suyu filtrlərdən keçirəsiniz. Filtr nə qədər müasir olsa bir o qədər yaxşıdır. Həmçinin filtr olunmuş suyu birbaşa maqazinlərdən almaq olar. Bu sular istehsalat filtrlərindən keçirilir. Alimlər isə belə suların xeyirsiz olduğunu bildirirlər, sular xeyirli maddələrini itirir, uzunmüddət plastik qablarda qalması ziyanlıdır.

Gündə ərzində təmiz sudan çox istifadə etməli olduğunuzdan özünüzlə su gəzdirməlisiniz. Su daim sizinlə olmalıdır: ofisdə, trenajor zalında, sükan arxasında. Məşqə 1-2 saat qalmış 0,5 l su için. Məşq zamanı hər 10-20 dəqiqədən bir 100 qr-dan az olmayaraq su için. Məşqdən dərhal sonra 0,5 l su için. Gün ərzində təlabatınız qədər su qəbul edin.

Su rasionuzunu süni artırmayın, hər şeyin çoxu da neqativdir. Yay aylarında başa düşülür ki, su daha çox istifadə olunur. Çalışın yeməklərinizi də filtrə olunmuş su ilə bişirəsiniz. Otaq temperaturlu və biraz sərin su içməyə çalışın. Bu sular daha tez həzm olunur. Yaxşı olar ki, suyu qidadan 15-30 dəqiqə öncə və 40-60 dəqiqə sonra qəbul edəsiniz. Bu qidanın mədə tərəfindən effektiv həzminə kömək olacaq.

Bir çox bodibilderlər və professionallar qidanın üstündən 1-3 fincan su içir. Bunu əsasən steroidləri küllü miqdarda qəbul edənlər edir ki, onlarda həzm prosesi tam başqa olur. Lakin illər ötdüqcə əksəriyyətinin həzm və mədə problemləri özlərini biruzə verir. Protein, qeyner, kreatin və sair bu kimi qida əlavələri orqanizmdə su sərfini artırır. Əgər gündəlik su ehtiyacınızı hesablamaq istəyirsiniz isə çəkinizi ikiyə bölün (90 kq: 90:2=4,5). Bodibildinq məşqləri zamanı isə minimal su ehtiyacınızı hesablamaq üçün çəkinizi üçə bölün (90 kq: 90:3=3). Əsasən də suyun keyfiyyətinə diqqət yetirin!

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın