Home / XƏBƏRLƏR  / Fender Stratocaster gitarası 250 min dollara satılıb

Fender Stratocaster gitarası 250 min dollara satılıb

İlk Fender Stratocaster elektrogitarası ABŞda 250 min dollara satılıb. 1954-cü il istehsalı olan gitaranı satışa gitara tarixi üzrə mütəxəssis Riçard Smit tərəfindən qoyulub. Vasitəçi kimi musiqi alətləri dükanının sahibi Corc Qrun çıxış edib. Qrunun sözlərinə görə, gitara

Fender Stratocaster gitarası və Corc Qrun

İlk Fender Stratocaster elektrogitarası ABŞda 250 min dollara satılıb. 1954-cü il istehsalı olan gitaranı satışa gitara tarixi üzrə mütəxəssis Riçard Smit tərəfindən qoyulub. Vasitəçi kimi musiqi alətləri dükanının sahibi Corc Qrun çıxış edib.

Qrunun sözlərinə görə, gitara ilk olaraq musiqiçi-həvəskar tərəfindən alınıb, sonradan onu Riçard Smit əldə edib. Gitaranın yeni sahibinin adını açıqlamayan Qrun, onun ABŞ kolleksionerlərindən olduğunu deyib. Yeni sahibi Feniksdə Musiqi Alətləri Muzeyi ilə danışıqlar aparmış, gitaranın nümayişinin təşkil etməyi istəmişdir.

Satılan gitaranın seriya nömrəsi 0100 olub. Həmçinin daha aşağı seriya nömrəli Fender Stratocaster gitaraları da vardır, 0001 daxil olmaqla. Lakin Qrun iddia edir ki, onun vasitəçiliyi ilə satılan gitara daha əvvəl istehsal olunmuşdur.

1954-cü ildə yaranmış Fender Stratocaster gitarasını dünyanı dəyişən gitara adlandırırlar. Onun istifadəçiləri arasında Baddi Xoll, Cimi Hendriks və Bob Dilan kimi dünya ulduzları olub.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın