Home / QİDA  / Kabab hazırlanmasının TOP 10 məsləhəti

Kabab hazırlanmasının TOP 10 məsləhəti

İstənilən əti kabab eləməklə dünyanın ən yaxşı yeməyinə çevirmək olar. Bunun üçün sizə səbir və bizim məsləhətlər lazımdır. Ət tikələri İri tikələr həmişə şişin ortasında, daha balacaları isə şiş kənarlarında olmalıdırlar. Belə ət daha yaxşı bişəcək. Şişləri

kabab

İstənilən əti kabab eləməklə dünyanın ən yaxşı yeməyinə çevirmək olar. Bunun üçün sizə səbir və bizim məsləhətlər lazımdır.

Ət tikələri

İri tikələr həmişə şişin ortasında, daha balacaları isə şiş kənarlarında olmalıdırlar. Belə ət daha yaxşı bişəcək. Şişləri maksimal sıx saxlayın ki, kömürdən gələn isti  şişlər arasında bərabər paylaşsın.

Start

Kömür qızaran kimi şişləri hazırlamaq lazımdır. Şişləri qızdırın bitki yağı və ya limon suyu ilə silin. Bunu etsəniz kabablar şişə yapışmayacaq. Sonradan şişi yumaq da sizə asan başa gələcək.

Qlükoza

Qlükoza yüksək temperaturda karamelizirləşir və ətin üstünü qızarmış qabıqla örtür. Bizim sizə məsləhətimiz çəngəllə əti deşməyin və 100 dəfə çevirməyin. Belə ət daha dadlı alınacaq.

Kömür

Əsas kömürlə yanaşı balaca bir kömür də yandırın. Əgər görsəniz ki, ətin üstü tam qızarıb daha kiçik kömürə keçirməklə onun tam bişməsinə səbəb olacaqsınız.

Temperatur

Kömürün lazımı temperatura qədər qızdığını necə öyrənmək olar? Amerikalılar “test Missisipi” adlı üsül icad ediblər. Uyğun olaraq əlinizi kömürdən 7 sm aralıqda tutmalı və saymalısınız: “Bir Missisipi”, “İki Missisipi” və sair. Bu nə deməkdir?

Bir Missisipi – yüksək temperatur: 340 dərəcə;
Dörd-beş Missisipi – orta temperatur: 200 dərəcə;
Səkkiz-doqquz Missisipi – zəif temperatur: 150 dərəcədən çox olmayaraq.

Yanmasın

Ətin üstü yanmasın deyə mütəmadi olaraq limon suyu və ya adi su (duzdu da ola bilər) istifadə edin. Unutmayın ki, alov ətlərə dəyməməlidir.

Mikrodalğalı soba

Ətin bişməsini gözləməyə təmbəllik edirsiniz? Mikrodalğalı sobadan istifadə edin. Əti polufabrikant halına gətirin. Bu vaxt itgisini aradan götürməklə bərabər kababın yanmamasına və qurumamasına kömək olacaq.

Qan

Qanlı ət xoşlayırsınız? Mal əti – ən uyğun ətdir. Qoyun və ya donuz ətindən bunu etsəniz xəstəxanalıq ola bilərsiz.

Ətir

Dadla eyni zamanda yeməyin ətri də yaxşı olmalıdır. Sona yaxın kömürün üstünə sitrus meyvələrinin xırda qabıqlarını atın və nəticə ilə hamını təəcübləndirin.

Yemək vaxtı

Kababı şişdən çıxan kimi yemək düzgün deyil. Birincisi yana bilərsiz, ikincisi ət biraz qalmalıdır ki, özünə gəlsin. 5 dəqiqə səbir edərək daha dadlı yemək yeyə bilərsiniz.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın