Home / QADINLAR  / 1955-ci illərin ideal həyat yoldaşı

1955-ci illərin ideal həyat yoldaşı

Hər biri kişi həyatını bölüşə biləcək ideal qadın axtarır. Hər kişi üçün də ideal qadın anlayışı tam fərqlidir. Müasir dövrün qadınları çox nadir hallarda ideal həyat yoldaşı ola bildikləri zaman, ata-babalarımızın vaxtında ideal həyat yoldaşı anlayışı

Yaxşı Həyat Yoldaşı

Hər biri kişi həyatını bölüşə biləcək ideal qadın axtarır. Hər kişi üçün də ideal qadın anlayışı tam fərqlidir.

Müasir dövrün qadınları çox nadir hallarda ideal həyat yoldaşı ola bildikləri zaman, ata-babalarımızın vaxtında ideal həyat yoldaşı anlayışı daha fərqli və müsbət idi. Beləki, sizlərə 1955-ci ilin ideal həyat yoldaşı meyarlarını aşağıda gətiririk:

1) Şam yeməyi hazır olmalıdır. Bu barədə sübhdən və ya gecədən düşünülməlidir. Dadlı və təamlı yeməklər ərin gəlişi üçün artıq hazır olmalıdır. Əksər kişilər işdən evə gələndə ac gəlir və dadlı yeməklər isti qarşılamanın əsas hissəsidir.

2) Hazır olmalıdır. Onun gəlişinə qədər 15 dəqiqə istirahət etməli. Kişi işdən gələndə qarşısında baxımlı qadınını görməlidir ki, işdəki gərginliyini atsın.

3) Şən olmalı və onunla maraqlanmalı. Ağır iş günündən sonra onu ruhlandırmaq lazımdır. Əri ruhlandırmaq qadının birbaşa vəzifəsidir.

4) Səliqə yaratmalı. Ər gəlməmiş ev səliqəyə salınmalıdır.

5) Məktəb kitablarını yığmalı, uşaq oyuncaqlarını ortadan götürməli, kağızları yığışdırmalı və sair, sonra təzə süfrəni masa üzərinə sərməlidir.

6) Soyuq aylarda ev qızdırılmalıdır ki, ər soyuqlamasın. Ər isti evinin və sevən həyat yoldaşının olduğunu hiss etməlidir.

7) Uşaqları hazırlamalı. Uşaqlar yuyulmalı, saçları daranmalı və lazım gələrsə əyinləri dəyişilməlidir. Uşaqlar kiçik xəzinədirlər. Ər onların yaxşı olduqlarını və atalarına olan hörmət və qayğılarını hiss etməlidir. Əri bütün səs-küydən qorumaq lazımdır, paltaryuyan, tozsoran və sair avadanlıqlar o evdə olarkən işləməməlidir.

8) Ərini görməyə şad olmalıdır.

9) Əri gülümsəyərək qarşılamalı və onun rahatlığını təmin etməli.

10) Ərə qulaq asmalı. Qadının onunla bölüşəcəyi çox şeyi ola bilər, lakin ilk olaraq ər danışmalıdır. Onun problemləri daha vacibdir.

11) Axşam ərindi. Evə gec gələrkən, axşam yeməyinə və ya kluba həyat yoldaşısız  gedərkən danlamamalı. Anlamalıdır ki, kişi bütün gecə gərgin iş rejimində olur və qadının deyinmələrinə qulaq asmalı deyil.

12) Qadının məqsədi – evi ər üçün sakitçilik və huzur mənbəyi etməkdir.

13) Əri dır-dırla və problemlərlə qarşılamamaq.

14) Evə gec gələrkən və ya gecə evə işdən gəlməyəndə deyinməməli, onun gərgin iş gününün olmasını başa düşməli.

15) Ərin həyatını komfortlu etməli. Onun yeri rahat olmalı, isti hamamı hazır olmalıdır.

16) Onun balışını düzəltmək, ayaqqablarını çıxartmaq. Onunla sakit və xoş tonla danışmaq.

17) Ondan hesabat istəmək olmaz, dürüstlüyünü və düzgünlüyünü şübhə altına salmaq olmaz.

18) Yaxşı həyat yoldaşı həmişə öz yerini bilir.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın