Home / QİDA  / Gül kələmi-xeyirli və dadlı

Gül kələmi-xeyirli və dadlı

Gül kələmi kələm nəslindən olub və kələmin orqanizmə bütün müsbət təsirlərini özündə daşıyır. Gül kələmi xərçəng riskini azaldır,minerallar və vitaminlərlə zəngindir. Gül kələmi c vitamini ilə boldur.Arıqlamağa,həzm prosesinə,qara ciyərə cox böyük xeyiri var. Bugün sizlərə bu

Gül Kələmi Yeməkləri

Gül kələmi kələm nəslindən olub və kələmin orqanizmə bütün müsbət təsirlərini özündə daşıyır. Gül kələmi xərçəng riskini azaldır,minerallar və vitaminlərlə zəngindir. Gül kələmi c vitamini ilə boldur.Arıqlamağa,həzm prosesinə,qara ciyərə cox böyük xeyiri var.

Bugün sizlərə bu dadlı və eyni zamanda olduqca xeyirli tərəvəzdən hazırlanan iki sadə yeməyi təqdim edirik. Sadə üsulla bişən bu yeməklər siz kişiləri doyduracaq və sağlam edəcək.

1-ci yemək – Ənənəvi hazırlanma qaydası

Lazımdır: 500 qr gül kələm, 1 baş soğan, 2 ədəd kök, cəfəri, şüyüd, zeytun yağı, yumurta,duz,istiot

Hazırlanması: əvvəlcə kök və gül kələmi  yuyub quşbaşı doğranılır, soğanı xırda doğrayıb yağda qızardıb içinə doğranmış kök və gül kələmini əlavə edirik. Hazır olana yaxın çalınmış yumurta və doğranmış göyərtiləri əlavə edirik, yumurta da bişdikdən sonra yemək hazırdı. Burada göbələk mövsümündə göbələkdən də istifadə etmək olar.

2-ci yemək – Pendirli gül kələm qızartması

Lazımdır: gül kələm, pendir, süd, yumurta, un, zeytun yağı, duz istiot

Hazırlanması: ilk öncə gül kələm kiçik parçalara ayrılır, duzlu suda yumşalana qədər qaynadılır. Qaynadılan gül kələminin suyu süzülür, soyudulur. Kələm soyuyana qədər pendirli bulamaç hazırlanır; çuxur bir qabın içinə rəndə pendir, süd, yumurta, un, istiot, duz və 1 şorba qaşığı duru yağ qoyulur, yaxşıca çırpılır. Soyumuş gül kələmlərini hazırlanan bilməcə batırılır, öncədən qızmış yağlı tavada qızardılır. İki üzü də qızaran gül kələmlər kağız dəsmala çıxarılır. Nuş olsun.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın