Home / XƏBƏRLƏR  / Tsukerberqin illik əmək haqqısı 1 dollar olub

Tsukerberqin illik əmək haqqısı 1 dollar olub

Facebook sosiyal şəbəkəsinin banisi və direktoru olan Mark Tsukerberqin əmək haqqısı azalıb: 2013-cü ildə o, sadəcə 1 dollar qazanıb ki, 2012-ci ildə onun illik əmək haqqısı 503,205 min ABŞ dolları olub. Bu barədə Agence France-Presse

Mark Zuckerberg

Facebook sosiyal şəbəkəsinin banisi və direktoru olan Mark Tsukerberqin əmək haqqısı azalıb: 2013-cü ildə o, sadəcə 1 dollar qazanıb ki, 2012-ci ildə onun illik əmək haqqısı 503,205 min ABŞ dolları olub. Bu barədə Agence France-Presse yazır.

Facebook-un Tsukerberqə verdiyi kompensasiyalar da 1,99 mln dollardan 653 min dollara qədər azalıb. Bu məbləğə Tsukerberqin şəxsi təyyarəsi ilə gəzintilərin xərci də daxildir. Facebook bunu Tsukerberqin mühafizəsi naminə etdiyini bildirir.

Əmək haqqının simvolik məbləği heç də Tsukerberqin maddi vəziyyətinə təsir etməmişdir. O, 2013-cü ildə Facebook sahibi kimi 3,3 mlrd dollar qazanmışdır. Forbes jurnalının məlumatına görə onun cari kapitalı 26,7 mlrd dollar təşkil edir və Tsukerberq dünyanın ən varlı insanları sıralamasında 21-ci yerdə gərarlaşıb.

Əmək haqqısını 1 dollar etməklə, Tsukerberq böyük milliarder rəhbərlərin atdığı addımı təkrarlayıb. Beləki, 1 dollar əmək haqqı olan milliarderlər arasında Google baniləri Larri Peyc və Sergey Brin, həmçinin Apple banisi, 2011-ci ildə dünyasını dəyişən Stiv Cobs vardır.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın